50-yə yaxın gənc Milli Parkdakı konsert proqramını baykot etdi
QayNar: Bu gün təqribən saat 19.30 radələrində Bakı polisi Dalğa Gənclər Hərəkatının 4 üzvünü həbs edib. Bu barədə Qaynar.info-ya təşkilatın mətbuat katibi Elvin Kazımlı məlumat verib.
E.Kazımlının sözlərinə görə, polis heç bir səbəb və əsas göstərmədən Dalğa Gənclər Hərakatının həmtəsisçisi Ramin Hacılı və üzvləri- Rövşən Nəcəfov, Emin Rəsulzadə və Emin Əliyevi durduqları yerdən polis maşınına mindirərək, 9-cu bölməyə aparıblar.
Gənclər bir neçə saat bölmədə saxlanılandan sonra sərbəst buraxılıblar.
Ramin Hacılının Qaynar.info-ya verdiyi açıqlamaya görə, polis onları Milli Parkın ərazisində saxlayıb: "Polislər bizə yaxınlaşıb, bizimlə bölməyə getməlisiniz dedilər. Onlar bildirdilər ki, onlarda bizim hansısa aksiyaya hazırlaşmağımızla bağlı informasiya alıblar. Amma bölmədə üzərimizdə heç bir vərəqənin, plakataın çıxmadığını gördülər. telefonlarımıza qədər eşələdilər. Daha sonra üzr istəyin buraxdılar bizi."
Qeyd edək ki, bu gün axşam saatlarında "Gül Bayramı"nın davamı kimi Milli Parkda hakimiyyət tərəfindən konsert şənliyi təşkil olunub.
Təqribən 50-yə yaxın gənc konserti baykot əlaməti olaraq, arxalarını səhnəyə çevirib. Minlərlə insanın gözü qarşısında baş verən aksiya diqqəti cəlb edib. İnsanlar bunun səbəbini soruşduqda, gənclər aksiyanın məqsədləri haqqında onları maarifləndiriblər.