Pərviz Əzimov: «Əflatun Amaşov mənim problemimlə maraqlanmaq istəmir»
Tənqidi yazılarına görə Lənkəran Dövlət Universitetindən qovulan «Dalğa» Gənclər Hərəkatının cənub regional ofisinin rəhbəri Pərviz Əzimovun təhsil aldığı ali məktəbə bərpası məsələsi hələ də sual altındadır.
P.Əzimov deyir ki, onun problemi ilə əlaqədar gənclər təşkilatları tərəfindən başlanan kampaniyaya Neft Akademiyasında baş vermiş məlum hadisələrlə əlaqədar 10 gün ərzində fasilə verilmişdi: “Biz bu günlər ərzində də aidiyyəti orqanlara müraciətlər edirdik. Ötən həftə ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Terri Devidson Lənkərana getdi və Lənkəran Dövlət Universitetinin rektoru Asəf İsgəndərovla görüşüb. A.İsgəndərov T.Devidsona deyib ki, çalışacağıq məsələ həll olunsun. Ancaq hələ ki, rektor mənim yenidən universitetə bərpa olunmağım üçün heç bir addım atmır. Hüquq müdafiəçisi Fuad Həsənovla Norveç səfirliyində olmuşuq. Səfirlikdə bizi Norveç səfirliyinin birinci katibi Riçard Skarboro qəbul etdi və bildirdi ki, səfir məsələ ilə yaxından maraqlanır və yaxın vaxtlarda təhsil naziri Misir Mərdanovla görüşməyi planlaşdırır. Onlar mənim məhkəmə prosesimdə də iştirak edəcəklərini və əllərindən gələn bütün köməyi edəcəklərini dedilər”.
P.Əzimov əlavə edib ki, hazırda onun ən böyük narazılığı Mətbuat Şurasının sədri Əflatun Amaşovdandır: “Çünki universitetdən qovulmağımın əsas səbəbi jurnalist fəaliyyətimlə bağlıdır. Ə.Amaşova dəfələrlə rəsmi müraciət etmişik. Görüşmüşük, məsələni araşdıracağını desə də, ondan heç bir rəsmi cavab almamışıq. Bundan başqa, ölkə prezidentinə də yenidən müraciət ünvanlamışıq”.