19.5.09

Pərviz Əzimov məhkəməni gözləyir


Pərviz Əzimov məhkəməni gözləyir 
Tələbə hüquqlarının bərpa olunacağına inanır
Tənqidi yazılarına görə Lənkəran Dövlət Universitetindən qovulan «Dalğa» Gənclər Hərəkatının cənub regional ofisinin rəhbəri Pərviz Əzimovun təhsil aldığı ali məktəbə bərpası yubanır.
Əzimov deyir ki, onun problemi ilə əlaqədar aidiyyatı qurumlara müraciət edib və hələ də məsələ araşdırılır: “Prezidentə də dəfələrlə müraciət etmişəm. Açıq məktb da ünvanlamışıq. Hələ ki, məkəmənin nə vaxt olacağını gözləyirik. Məhkəmə hələ ki vaxt təyin etmir. Fikirləşirəm ki,  problemim məhkəmədə öz hüquqi həllini tapacaq”. Xatırladaq ki, sonuncu kursda oxuyan P. Əzimov bu ilin martında Lənkəran Dövlət Universitetindən xaric edilib. // Vüsalə ABBASOVA, Bizim Yol

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.