Təhsil Nazirliyi: "Bu iş Prezident Aparatında həll olunmalıdır"
Lənkəran Şəhər Məhkəməsi məhkəməyə veriləcək
Tənqidi yazılarına görə Lənkəran Dövlət Universitetindən qovulan «Dalğa» Gənclər Hərəkatının cənub regional ofisinin rəhbəri Pərviz Əzimovun Təhsil Nazirliyinə ünvanladığı məktubuna nazirlikdən cavab gəlib.
P. Əzimovun verdiyi məlumata görə, Təhsil Nazirliyi onun məktubunu belə cavablayıb: “Biz sənə heç bir kömək edə bilmərik. Bu məsələ Prezident Adminstrasiyasında həll olunmalıdır».
P.Əzimov deyir ki, əgər təhsil ocaqları Təhsil Nazirliyinə tabedirsə, nəyə görə nazirlik onun problemi ilə maraqlanmaq istəmir: “Lənkəran şəhər məhkəməsi də işə baxmaq istəmir. İddia ərizəsi məhkəməyə çoxdan çatıb. Bu həftə ərzində məhkəmədən xəbər gəlməsə, biz Lənkəran Şəhər Məhkəməsini məhkəməyə verəcəyik».