Əflatun Amaşov: «Məsələni Təhsil Nazirliyi araşdırdıqdan sonra onun yenidən universitetə bərpa olunması işinə baxılacaq»
Dünən tənqidi yazılarına görə Lənkəran Dövlət Universitetindən qovulan «Dalğa» Gənclər Hərəkatının cənub regional ofisinin rəhbəri Pərviz Əzimovun açıqlamasını dərc etmişdik.
P.Əzimov universitetə bərpa olunmasında ona dəstək olacaq aidiyyəti orqanlardan biri kimi Mətbuat Şurasından və onun sədri Əflatun Amaşovdan narazılığını bildirmişdi: “Mənim universitetdən qovulmağımın əsas səbəbi jurnalist fəaliyyətimlə bağlıdır. Amaşova dəfələrlə rəsmi müraciət etmişik. Görüşmüşük, məsələni araşdıracağını desə də, ondan heç bir rəsmi cavab almamışıq”.
Məsələyə aydınlıq gətirmək üçün Əflatun Amaşovla əlaqə saxladıq. Ə.Amaşov bildirdi ki, P.Əzimovun problemi ilə tanışdır: “Mən məsələnin araşdırılması üçün Pərviz Əzimovun yazılarını Təhsil Nazirliyinə göndərmişəm. Bu məsələni Təhsil Nazirliyi araşdırdıqdan sonra onun yenidən universitetə bərpa olunması işinə baxılacaq”.