Dünən Lənkəran şəhər Məhkəməsində hakim Azər Səmədovun sədrliyi ilə Pərviz Əzimovun Lənkəran Dövlət Universitetindən (LDU) xaric olunması ilə bağlı əmrin qanunsuz hesab olunması ilə bağlı iddiasına hazırlıq iclası keçirilib. Bu barədə P.Əzimov məlumat verib.
Onun sözlərinə görə, hakim A.Səmədov tərəflərə barışıq təklif edib: “Bildirdim ki, yalnız bir şərtlə bu təklifi qəbul edərəm. Məni universitetə bərpa etsinlər və bu haqda sənəd versinlər. Bundan sonra mən barışığa hazıram”.

LDU-nun nümayəndəsi isə bu barədə rəhbərliklə məsləhətləşməyə ehtiyac olduğunu söyləyib və hakimdən bir günlük möhlət istəyib. Növbəti məhkəmə prosesi gələn həftə olacaq
Xatırladaq ki, Dalğa Gənclər Hərəkatının cənub regional ofisinin rəhbəri Pərviz Əzimov bu günə qədər göstərdiyi fəaliyyətə və “Alma”, “Cənub xəbərləri” qəzetində yazdığı məqalələrə görə dəfələrlə universitet rəhbərliyi tərəfindən təqib və təzyiqlərə məruz qalıb. Nəhayət, 27 fevral tarixində qondarma ittihamla Pərviz Əzimov Lənkəran Dövlət Universitetindən xaric edilib. P.Əzimov adı gedən universitetin 4-cü kurs tələbəsi idi. // Yeni Müsavat