1.7.09

Dalğa Gənclər Hərəkatının sədri istefa verdi


Dalğa Gənclər Hərəkatının sədri istefa verdi- <font color=#ff0000>Yenilənib</font> 
Vəfa Cəfərova: "Əslində bu qərara martın 18-də Konstitusiyaya dəyişikliklər haqqında referendumdan sonra gəlmişdim"
QayNar: Dalğa Gənclər Hərəkatının sədri vəzifəsindən istefa verib.
Qaynar.info-nun verdiyi xəbərə görə, səlahiyyət müddəti sentyabrda başa çatan təşkilatın sədri Vəfa Cəfərova yorğunluq hiss etdiyini və bu səbəbdən vaxtından əvvəl istefa vermək istədiyini açıqlayıb.
“Mən artıq özümü bu təşkilatın sıralarında görmürəm, belə ki, bu, tələbə hərəkatıdır, mənim isə öz fəaliyyət metodlarım var. Əslində bu qərara martın 18-də Konstitusiyaya dəyişikliklər haqqında referendumdan sonra gəlmişəm. Düşünürəm ki, bu vəzifəyə başqa, daha enerjili şəxs lazımdır”, deyə Vəfa Cəfərova Turan agentliyinə bildirib.
Təşkilatın digər bir nümayəndəsi - Azər Önər Turana deyib ki, Vəfa Cəfərovanın istefası, təşkilatın Nizamnaməsinə uyğun olaraq, qəbul edilib. Bu ilin oktyabrında “Dalğa”nın qurultayı keçiriləcək. Ola bilsin ki, qurultayın tarixi bir qədər əvvələ təyin edilsin, deyə o qeyd edib..
Son iki ildə təşkilata V.Cəfərova başçılıq edib.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.