10.9.09

Pərviz Əzimov məhkəməni uddu


Lənkəran Rayon Məhkəməsi LDU-dan qovulan tələbənin ali məktəbə bərpa olunması barədə qərar çıxardı!
QayNar: Bu gün saat 11:30-da Lənkəran Rayon Məhkəməsində hakim Cavanşir Məmmədovun sədrliyi ilə, tənqidi yazılarına görə Lənkəran Dövlət Universitetindən (LDU) qovulan «Dalğa» Gənclər Hərəkatının Cənub regional ofisinin rəhbəri Pərviz Əzimovun Lənkəran Dövlət Universitetinə qarşı qaldırdığı iddia ərizəsi üzrə yekun məhkəmə iclası keçirilib.Bu barədə Qaynar.info-ya P.Əzimovun özü məlumat verib.
Məhkəmədə tərəflərlərin son çıxışları dinlənilib. Daha sonra hakim qərar qəbul etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra hakim Pərviz Əzimovun iddiasını təmin edərək, onun yenidən universitetə bərpa olunmasına dair qətnamə qəbul edib.
Məhkəmə prosesini ATƏT-in, RATİ-nin nümayəndələri və media təmsilçiləri izləyib.
"Öz adımdan, məni məhkəmədə müdafiə edən Media Hüquqları İnstitutu adından, o cümlədən Dalğa GənclərHərəkatı adından ədalətli qərara görə hakimə təşəkkür edirəm"- deyə P.Əzimov Qaynar.info-ya açıqlamasında əlavə etdi. 

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.