3.9.09

Pərviz Əzimovun məhkəməsi yekunlaşdı


Pərviz Əzimovun məhkəməsi yekunlaşdı 
Sentyabrın 10-da məhkəmə qərar çıxaracaq
Tənqidi yazılarına görə Lənkəran Dövlət Universitetindən qovulan «Dalğa» Gənclər Hərəkatının Cənub regional ofisinin rəhbəri Pərviz Əzimovun ötən gün Lənkəran şəhərində növbəti məhkəmə prosesi keçirilib.
P.Əzimovun “Bizim Yol”a verdiyi məlumata görə, Lənkəran şəhər məhkəməsində hakim Cavanşir Məmmədovun sədrliyi ilə keçirilən növbəti prosesdə şahid qismində Sədrəddin Kazımov  ifadə verib. Daha sonra cavabdeh tərəf öz şahidlərindən imtina edib və şikayətlərinin olmadığını bildirib.
Hakim bildirib ki, əgər tərəflərin əlavə şahidləri və sübutları yoxdursa məhkəmə istintaqı tamamlanmalıdır. Tərəflər etiraz bildirməyib və hakim məhkəmə istintaqını tamamlayaraq çıxış üçün cavabdeh tərəfə söz verib. Cavabdeh tərəf isə hakimlərdən çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
P. Əzimovun sözlərinə görə sonuncu növbəti proses sentyabrın 10-da keçiriləcək.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.