5.10.09

Dalğa Gənclər Hərəkatına yeni sədr seçiləcək


Dalğa Gənclər Hərəkatına yeni sədr seçiləcək 

Hərəkat 1 dekabrda növbəti qurultayını keçirəcək
QayNar: Dalğa Gənclər Hərəkatı (Dalğa GH ) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi (QHTK) hərəkatın nizamnaməsinə əsasən növbəti, sayca IV (V) qurultayını 1 dekabr 2009-cu ilə təyin edib.
Hərəkatdan Qaynar.info-ya verilən məlumata görə, qurultayın keçiriləcəyi məkan və saatla bağlı dəqiqləşdirmə edildikdən sonra məlumat veriləcək. Hazırda sədrliyə və İdarə Heyətinə namizədlərin qeydə alınma prosesi gedir.
Hərəkatın əsasnaməsinə uyğun olaraq qurultaya 3 gün qalmışa qədər, yəni ayın 27-si saat 18:00-dək namizədlərin qeydə alınma prosesi yekunlaşacaq.
Xatırladaq ki, hərəkatın sədrliyinə namizəd olacaq şəxs özü ilə yanaşı birinci müavinin namizədliyini də QHTK-ya təqdim etməlidir. 

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.