5.11.09

Dalğa BRİ-nin Bakı Ofisinin bağlanmasına etiraz edir


QayNar: Uzun müddətdir Azərbaycanda fəaliyyət göstərən Amerika Birləşmiş Ştatların Beynəlxalq Respublikaçılar İnstitutun Bakı ofisinin fəaliyyətini dayandırmasını istəmirik. Qaynar.info-nun verdiyi xəbərə görə, bu sözlər Dalğa Gənclər Hərəkatının yaydığı bəyanatdandır.
Bəyanatda deyilri:
"Beynəlxalq Respublikaçılar İnstitutu Azərbaycanda gənclərin ictimai-siyasi maariflənməsi, onların şəxsi keyfiyyətlərinin inkişafı yönündə fəaliyyət göstərir, daim gənclərə dəstək olur. Azərbaycanda Vətəndaş Cəmiyyətinin qurulmasında digər beynəlxalq təşkilatlarla bərabər Beynəlxalq Respublikaçılar İnstitutunun da əməyini qiymətləndiririk. Daha çox gənclərlə fəaliyyət göstərən bu qurum Azərbaycan gənclərinin ölkəmizdə baş verən demokratik quruculuğa töhvə verməsinə dəstək verir . Təşkilat həm hakim partiya gənclərini, həm müxalifət partiyalarının gənclərini, həm də müstəqil fikirli təşkilatların gənclərini bir masada toplayırdı.
Beynəlxalq Respublikaçılar İnstitutunun tədris etdiyi “Liderlik, Nüfuz, Strategiya və Təşkilati Quruculuq”, “İctimaiyyətlə Əlaqələr”, “Könüllülük”, “Gənclərin Seçkilərdə Fəallığının Artırılması” və s. kimi mövzular bizim üçün və digər gənclər üçün gələcək fəaliyyətinin gücləndirilməsinə xidmət edirdi.
5 noyabr 2009-cu ildə Dalğa Gənclər Hərəkatının Qurultaya Hazırlıq üzrə Komitəsi toplanaraq bu qərara gəlmişdir:
Ölkəmizdə fəaliyyət göstərən digər gənclər təşkilatlarının da bu məsələyə diqqət yönəltməsinə çalışacağıq. Hər kəsdən, xüsusi ilə də gənclərdən Beynəlxalq Respublikaçılar İnstitutunun bağlanmasına qarşı etiraz etməyə çağırırıq."

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.