14.11.09

Dalğa Gənclər Hərəkatı Beynəlxalq Liberallara üzv oldu


Dalğaçılar təşkilatın Haaqada keçirilən qurultayında iştirak edir
QayNar: Azərbaycanın aktiv gənclər təşkilatlarından biri olan Dalğa Gənclər Hərəkatı Beynəlxalq Liberal Gənclər Federasiyasına (IFLRY) tam hüquqlu üzv seçilib.
Bu barədə Qaynar.info-ya Hərəkatın üzvü Rövşən Nəcəfov məlumat verib.
R.Nəcəfovun sözlərinə görə, hazırda o və təşkilatın digər 2 üzvü- Orxan Nəbiyev və Emin Rəsulzadə 12-15 noyabr tarixində Hollandiyanın Haaqa şəhərində keçirilən IFLRY-nin Qurultayında (General Assembly) iştirak edirlər. Artıq azərbaycanlı gənclər Dalğa Gənclər Hərəkatının təqdimatını ediblər. Nəticədə böyük səs çoxluğu ilə dünyanın ən böyük liberal gənclər şəbəkəsinə tam hüquqlu üzvü olublar.
Qeyd edək ki, tam hüquqlu üzv olmaq üçün minimum 2/3 səs çoxluğu lazımdır.
Qurultayın gedişində həmçinin "Beynəlxalq Liberallar"ın Prezident və İdarə Heyətlərinin seçkiləri olacaq.
Daha sonra Dalğaçılar Liberal Gənclərin Beynəlxalq Federasiyasının 16-21 noyabr 2009-cu il tarixində Amsterdam şəhərində keçirəcəyi “İnsan alverinə qarşı – Mən satılmıram” adlı seminarında iştirak edəcəklər.
Qeyd edək ki, Dalğa Gənclər Hərəkatı 2008-ci ilin dekabr ayında Beynəlxalq Liberal Gənclər Federasiyasına üzvlüyə namizəd kimi qəbul olunmuşdu.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.