QayNar: Dalğa Gənclər Hərəkatı Emin Milli və Adnan Hacızadənin həbsini pisləyən bəyanat yayıb. Qaynar.info-ya daxil olan bəyanatda deyilir: “Emin Millinin və Adnan Hacızadənin həbsi, Azərbaycanda demokratiyanın və insan haqqlarının imicinə zərbə vuran və Azərbaycanı beynəlxalq ictimaiyyətdə rüsvay edən həbsdir. Biz hərəkat olaraq bu həbsi qətiyyətlə pisləyir və gənclərin dərhal, qeyri-şərtsiz olaraq azadlığa buraxılmasını tələb edirik.
Əks təqdirdə, biz bir hərəkat olaraq, haqqın öz yerini tapmasında bütün resurslarımızı səfərbər edib, konstitutsiya ilə bizə verilmiş hüquqlardan istifadə edərək, bu məsələdə məsuliyyətli olan hər bir səlahiyyətli orqanlara etirazımızı bildirib, vətəndaşlıq vəzifəmizi yerinə yetirəcəyik.”
