"Beynəlxalq Respublikaçılar İnstitutuna maliyyə yardımını dayandırmağınız bizi təəccübləndirdi"
QayNar: Azərbaycanın bir sıra gənclər təşkilatları, Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) gələn il Azərbaycanda fəaliyyətinə maliyyə dəstəyini dayandıran USAİD-in rəhbəri Skot Teylora müraciət qəbul ediblər.
QayNar.info-nun verdiyi xəbərə görə, gənclər öz müraciətlərində USAİD-in bu qərarından təəssüfləndiklərini bildirirlər:
"Hər zaman gənclər təşkilatları ilə sıx və yaxından əməkdaşlıqda maraqlı olan BRİ-nin növbəti il üçün fəaliyyətini məhdudlaşdırmağınız bizi çox narahat edir. USAİD-in ölkəmizdə hər il demokratiya və vətəndaş cəmiyyətinin inkişafı üçün yüz minlərlə dollar vəsait ayırdığını bilirik və USAİD-i demokratiyanın beşiyi sayılan ABŞ hökumətinin təmsil olunduğu ölkələrdə demokratiya və vətəndaş cəmiyyəti istiqamətində arzu və istəklərinin həyata keçməsi üçün səy göstərdiyi qənaətindəyik. Ancaq, gözlənilmədən BRİ-yə belə bir münasibətin ortaya çıxması bizləri təəccübləndirməyə bilməz. BRİ Azərbaycanda demokratiya və vətəndaş cəmiyyəti quruculuğunda gənclərin aktiv iştirakına, müstəqil gənclər təşkilatlarının və müxtəlif gənclər qruplarının demokratiya sahəsində geniş təcrübə, bilik və bacarıqlarının artırılmasına müstəsna dəstək verən ABŞ təşkilatıdır.

Biz ölkənin aparıcı Müstəqil Gənclər Təşkilatları hesab edirik ki, BRİ-yə öz işini davam etdirməsi üçün maliyyə vəsaitinin ayrılmaması ictimai sferada aktiv olan gənclərin dərin təəssüfünə və cəmiyyətimizdə davam edən pessimist əhval-ruhiyyənin daha da dərinləşməsinə səbəb olacaq və bu da ABŞ-ın dünyada bəyan etdiyi demokratik prinsiplərinə ziddir.
Biz sizi öz qərarınıza yenidən baxmağa və BRİ-yə işini davam etdirməsi üçün lazımi maliyyə vəsaiti ayırmağınızı xahiş edirik.
Hörmətlə,
"Gənclər Klubu" İctimai Birliyi, "Dalğa" Gənclər Hərəkatı, "Ol" Azərbaycan Gənclər Hərəkatı, Azərbaycan Liberal Gənclər Assosiyasiyası, "Stimul" Gənclər Şəbəkəsi, Azərbaycan Gənclər Platforması, AEEGE-Bakı, "Sağlam Düşüncə" Gənclər Təşkilatı, "Barkamp Azərbaycan" İctimai Birliyi, Müasir Diplomatlar Assosiyasiyası, "Gənclərin Elmi Mədəni İnkişafı" İctimai Birliyi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı və s.