"İnsan hüquqları kağız üzərində qalmaq üçün deyil"
QayNar: Bu ilin 10 Dekabrından etibarən, Dalğa Gənclər Hərəkatı İnsan Haqları dekadasının (10 günlüyü) başlanmasını elan etdi. Hərəkatdan Qaynar.info-ya verilən məlumata görə, İnsan Haqları dekadasının şüarı “İnsan Hüquqları kağız üzərində qalmaq üçün deyil” seçildi. İnsan Haqları dekadası çərçivəsində hərəkatçılar İnsan Haqları ilə bağlı tədbirlər, kampaniyalar, aksiyalar keçirəcəklər. Nəzərdə tutulmuş 10 gün ərzində Azərbaycanda İnsan Haqları ilə bağlı seminarlar, müzakirələr, tədbirlər keçiriləcək, ictimaiyyət arasında insan haqları ilə bağlı maarifləndirmə işləri aparılacaq. Tədbirlərdə müzakirə ediləcək əsas mövzular isə söz azadlığı, qadın alveri, polis-vətəndaş münasibətləri ilə əlaqədar olacaq. Dekada 20 Dekabrda yekunlaşacaq.
