1.12.09

"Dalğa"nın yeni sədri bəlli oldu


Hərəkatın IV qurultayı keçirilib
QayNar: Bu gün Bakıdakı “Diplomat” otelində “Dalğa” Gənclər Hərəkatının (“Dalğa” GH ) sayca IV (V) qurultayı keçirilib. Qaynar.info-nun məlumatına görə, bu barədə Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri İlkin Əlisoy məlumat verib. Qurultayda Rahim Mahmudzadə təşkilatın yeni sədri seçilib. Ümumilikdə sədr postuna dörd nəfər namizədliyini irəli sürmüşdü. Seçkidə Rahim Mahmudzadə 32 səs, Niyazi Militar 20 səs, Nigar Zeynalova 11 səs və Orxan Kazımlı 9 səs toplayıb. 2 bülleten isə etibarsız sayılıb.
Beləliklə, növbəti bir ildə “Dalğa” GH-nin sədri Rahim Mahmudzadə olacaq. O, Qafqaz Universitetinin 2-ci kurs tələbəsidir. R.Mahmudzadə “Dalğa” GH-nin sıralarına bu ilin sentyabr ayının əvvəllərində qoşulub.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.