31.1.10

"Dalğa"nın aksiyası baş tutdu


QayNar: Bu gün səhər saat 12.00-də Dalğa Gənclər Hərəkatı Məmməd Əmin Rəsulzadənin 126 illik yubileyi münasibəti ilə aksiya keçirib. Qaynar.info xəbər verir ki, simvolik olaraq M.Ə.Rəsulzadə küçəsindən başlayan aksiya  Kukla Teatrının qarşısında yerləşən fontana qədər davam etmişdir. DGH-nın fəal gəncləri "Sizi M.Ə.Rəsulzadənin ad günü münasibəti ilə təbrik edirik" sözlərini deyərək, üzərində şam yandırılan keksləri paytaxt sakinlərinə paylamış və aksiyanı uğurla başa çatdırmışlar.
Təşkilatdan verilən məlumata görə, aksiyaya polis tərəfindən müdaxilə edilib və "Dalğaçı" gənc fəal Vüsal Bacar polis tərəfindən saxlanılmışdır. Daha sonra Vüsal Bacar elə aksiya zamanı şifahi izahat verdikdən sonra sərbəst buraxılıb.
Onu da qeyd edək ki, "Ad günün mübarək, demokratiya!" şüarı altında keçirilmiş aksiyanın əsas məqsədi M.Ə.Rəsulzadənin doğum gününə Dalğa Gənclər Hərəkatının demokratrik və pozitiv mövqeyini göstərmək, eləcə də demokratiyanın doğuluşuna sevgilərini ifadə etməkdən ibarətdir.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.