11.2.10

«Dalğa» 5 yaşını qeyd edəcək



Hərəkat maraqlı proqram hazırlayıb

QayNar:
Dalğa Gənclər Hərəkatı 12 fevralda, özünün 5 illik yubileyini qeyd etməyə hazırlaşır. Hərəkatın Mətbuat xidmətindən Qaynar.info-ya verilən xəbərə görə, doğum gününü 24 saat qeyd edəcək hərəkat ad gününə fevral ayının 12-si səhər saat 10:00-dan etibarən öz mərkəzi ofisində səhər yeməyi verməklə başlayacaq. Daha sonra, saat 12:00-da eyni məkanda, öz ofisində mətbuat konfransı keçirməklə davam edəcək. Bundan sonra isə Dalğaçılar qonaqlarla özləri haqqında çəkilmiş filmi paylaşacaqlar. Bu saat 14:00`dan etibarən olacaq. Saat 16:00`da yekunlaşacaq film nümayişi də hərəkatın mərkəzi ofisində baş tutacaq. Film nümayişindən sonra isə, 17:00-dan 23:00-a qədər isə Hərəkatın 5 yaşına həsr olunmuş ad günü party`si keçiriləcəkdir. Party şəhərin mərkəzində yerləşən klubların birisində olacaqdır. Party`dən sonra isə Hərəkatın ofisində səhər saat 10:00-a qədər müzakirələr olacaqdır. Əsas mövzusunun Dalğanın növbəti 5 ildə görəcəyi işlərlə bağlı olacaq müzakirə 13 fevral saat 00:00-da başlayacaqdır.
Hərəkatın 5 illik yubileyinə ictimaiyyət adamları, millət vəkilləri, səfirlik və beynəlxalq təşkilatların nümayəndələri, gənclər təşkilatları və KİV dəvətlidir. Dalğa Gənclər Hərəkatının bu günə qədər fəaliyyətində iştirak etmiş hər kəs dəvətlidir.
Bütün bunlarla yanaşı Dalğa Gənclər Hərəkatı, şərlənərək həbs olunmuş, gənc aktivistlər Emin Milli və Adnan Hacızadəyə dəvət və Azərbaycan gəncliyinin özünü təsdiqi üçün göstərdikləri xidmətə görə təşəkkür məktubu göndərib.
Onu da xatırladaq ki, Dalğa Gənclər Hərəkatı 2005`ci il 12 fevral tarixində bir qrup tələbə tərəfindən yaradılıb. Fəaliyyət göstərdikləri bu 5 il ərzində hərəkat bir çox layihələri, tədbirləri və aksiyaları ilə yadda qalıb

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.