"Elmin Bədəlova haqsızlıq dursun!!!"
QayNar: Bu gün saat 15:00-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) qarşısında “Dalğa” Gənclər Hərəkatı aksiya keçirdi. Hərəkatdan Qaynar.info-ya verilən məlumata görə, aksiyanın keçirilməsinin məqsədi qanunsuz şəkildə ali məktəbdən qovulan tələbə-jurnalist Elmin Bədəlovun təhsil hüququnun bərpa edilməsi idi.
Aksiya iştirakçıları böyük plakatlarda “Elmin Bədəlova haqsızlıq dursun!!!”, “Azad və güclü təhsil naminə!”, “Haqsızlıq sizə çatmamış durdurun!” yazılmış şüarlarla ADNA-nın qarşısında aksiya təşkil ediblər. Gənclər həmçinin saxta pulları ADNA-nın qarşısında səpərək təhsildə rüşvətin olmasını mətbuatda yazan bir tələbənin universitetə bərpa olunmasını tələb ediblər.
Xatırladaq ki, Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı məqalə yazdıqdan sonra təzyiqə məruz qalıb və imtahanlardan qərəzli şəkildə kəsilib.
Aksiya keçirilən zaman universitetdə 1967-ci ildən işləyən Afət Zeynalova deyib ki, haqsızlıqla üzləşib: “Dəfələrlə iclaslarda haqqı müdafiə etdiyimi üçün mənə təzyiqlər olub”.
Afət müəllimənin dediyinə görə bütün bunlara baxmayaraq öz yolundan dönməyib. İşin maraqlı tərəfi isə Afət müəllimə Elmin Bədəlov haqda heç bir məlumata malik deyil.