14.7.10

"Müxalifət "Dalğa"nı iqtidara xidmət etməkdə günahlandırır"



Ramin Hacılı :"Dalğa" yeni təfəkkürün daşıyıcısıdır"
Bu gün “Dalğa” Gənclər Hərəkatının həmtəsisçisi Ramin Hacılı mətbuat konfransı keçirib. Ramin Hacılı son vaxtlar “Dalğa”ya qarşı təzyiqlərin başladığını söyləyib: “İqtidar “Dalğa”nı ermənilərə, islamçılar Amerikaya, millətçilər İrana, müxalifət isə iqtidara xidmət etməkdə günahlandırır. Biz isə bəyan edirik ki, “Dalğa” öz yolu ilə gedir və Azərbaycanda ən müstəqil gənclər təşkilatıdır”.
Ramin Hacılı müxalifətdə olan siyasi partiya rəhbərlərini, gənclər təşkilatlarını və media orqanlarını “Dalğa”nın əleyhinə yönəlmiş bəyanatların dayandırılması istiqamətində addım atmağa çağırıb. O deyib ki, “Dalğa” yeni təfəkkürün daşıyıcısıdır: “Hərəkat seçkilərə qatılmır və heç bir siyasi qüvvəni, namizədi dəstəkləmir. Biz ölkədə azad, ədalətli və demokratik seçki uğrunda çalışırıq. İranda soydaşlarımızın hüquqları uğrunda mübarizəmizi davam etdirəcəyik. Ölkədə insan haqlarının pozulmasına qarşı aksiyalar keçirəcəyik”.
“Dalğa” Gənclər Hərəkatı 2005-ci ilin parlament seçkisi ərəfəsində yaranıb.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.