3.9.10

«Dalğa»çılar İran səfirliyi qarşısında aksiya keçirib




Onlar İranda milli fəalların həbsinə və onlara işgəncələrin edilməsinə etiraz ediblər. Aksiya iştirakçıları polis tərəfindən saxlanılıb. Saxlanılanlardan Ramin Hacılı deyir ki, onlara mülki geyimli şəxslər tərəfindən fiziki zor tətbiq edilib.

«Əlimizdə plakatlar və Güney Azərbaycanın bayrağı var idi. Polislər bizə müdaxilə etdi və bizi saxladı. Həmin vaxt mülki geyimli şəxslər polislərin gözü qarşısında bizim üzvlərimizə fiziki zor tətbiq etdi. Polislər isə onlara şərait yaradırdılar, heç bir müdaxilə etmirdi».

Aksiya zamanı saxlanan 8 nəfər Səbayel rayon 9 saylı Polis Bölməsinə aparılıb.

9 Polis Bölməsindən AzadlıqRadiosuna deyiblər ki, saxlanılanlara xəbərdarlıq edildikdən sonra sərbəst buraxılacaqlar. Bölmədən aksiya iştirakçılarının mülki geyimlilər tərəfindən döyülməsini təkzib ediblər.

Təbrizdə yaşayan milli fəal 35 yaşlı Ayət Mehrəlibəyli, onun həyat yoldaşı Zəhra Fərəczadə və qardaşının baldızı Kubra Fərəczadə 4 aydır ki, həbsdədir. Təkcə bu ilin may ayından indiyə qədər İranda 16 milli fəal həbs olunub.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.