17.2.11

Dalğa Gənclər Hərəkatı 7’cı ilinə yeni sədrlə başlayacaq!

 Hərəkatın V (VI) qurultayı fevralın 12’i keçiriləcək.

 Artıq 6 ildir Azərbaycanın demokratik dəyişməsi və gənclərin bu prosesdə aktiv iştirakını təmin etmək isitiqamətində fəaliyyət göstərən Gənclər Hərəkatı  12 fevral 2011-ci ildə növbəti V (VI) Qurultayını keçirəcək.
Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi (QHTK) hərəkatın nizamnaməsinin  4.2.5 bəndinə əsasən növbəti, qurultayla bağlı işləri yekunlaşdırıb. Artıq qurultaya namizədlərin adları və onların təqdim etdiyi birinci müavinlər bəllidir.
Bunlar, Araz Önər və birinci müavini Azər Aydın, Hafiz Poladzadə və birinci müavini Fərhad İbrahimov, İlkin Əlisoy və birinci müavini Nərmin Nöqtə, Orxan Nəbiyev və birinci müavini Cəmilə İbrahimovadır.
   Bu il həmçinin Dalğa Gənclər Hərəkatı tərəfindən əsası qoyulan və bu günə qədər 200’dən çox məzunu olan Demokratiya Məktəbi ilk dəfə olaraq direktoru seçki yolu ilə müəyyənləşəcəkdir. Artıq Demokratiya Məktəbinin dirtektorluğuna namizədlər də bəllidir. Bunlar, Emin Rəsulzadə və Oruc Rəfilidir.
  Qurultay 12 Fevral 2011’ci ildə, Azad Fikir Universitetinin konfrans zalında keçiriləcək.
  12 Fevral həmçinin Dalğa Gənclər Hərəkatının yaranış günüdür. Bu münasibətlə Qurultaydan öncə ictimai-siyasi xadimlər, hərəkatın fəaliyyətində bu günə qədər iştirak edənlər, yerli və xarici təşkilatların nümayəndələri hərəkat barəsində öz fikirlərini bildirəcəklər.
   Qurultayın rəsmi hissəsi bitdikdən sonra Dalğa Gənclər Hərəkatının yaranış günü münasibəti ilə Rock Club’da party keçiriləcəkdir. Qurultayda iştirak etmiş hər bir kəsin party’yə girişi azaddır. Party saat 18.30’dan gecə yarısına qədər davam edəcəkdir.

Məlumat üçün deyək ki, hərəkatın nizamnaməsinə uyğun olaraq qurultaya bir ay qalmış, yəni noyabr ayının 15’i Dalğa GH’ya son bir ildə rəhbərlik etmiş sədr Ağarəhim Poladov və onun birinci müavini Ramilə Yusifova və İdarə Heyəti istefaya getmişdir. İstefadan sonra Dalğa GH geniş toplantı keçirərək QHTK’ni formalaşdırmışdır.


Hörmətlə,
Rövşən Nəcəfov
Qurultayla bağlı əlavə məlumat üçün
Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin (QHTK) sədri
Mob: 050 526 13 13

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.