19.2.11

“Dalğa” Gənclər Hərəkatının yeni sədri Orxan Nəbiyev- "Yeni Musavat" qəzetində

GƏNCLƏR TƏŞKİLATLARI AKSİYALARA HAZIRDIRLARMI?


Onlar ərəb inqilablarının mübarizəyə inamı artırdığını deyirlər...


“Dalğa” Gənclər Hərəkatının yeni sədri Orxan Nəbiyev Azərbaycanda siyasi baxımdan kifayət qədər aktiv gənclərin olduğunu bildirdi. O qeyd etdi ki, proses başlasa əsas yük müxalifət partiyalarının gənclər təşkilatlarının boynuna düşəcək: “Ərəb ölkələrində və İranda baş verən proseslər gəncliyə çox təsir edir. ”Dalğa" Gənclər Hərəkatı fəaliyyətində həmişə Azərbaycan xalqının iradəsini əks etdirir. Dalğa mədəni dəyişikliklərə üstünlük verən təşkilatdır. Amma biz heç bir partiyanın iradəsini dəstəkləmirik. Müxalifət partiyaları mitinqlər keçirsə, onları dəstəkləmək fikrində deyilik. Amma seçimlərində azad olan üzvlərimiz də var. Bu onların haqlarıdır".

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.