8.2.11

“DALĞA” QURULTAYINI AD GÜNÜNDƏ KEÇİRƏCƏK

Fevralın 12-də “Dalğa” Gənclər Hərəkatı 5-ci qurultayını keçirəcək. Hərəkatın ideologiya məsələləri üzrə koordinatoru Ağarəhim Poladov “Media forum” saytına bildirib ki, qurultay OL Gənclər Hərəkatının layihəsi olan “Azad Fikir Universiteti”nin konfrans zalında (Bakı, Süleyman Rəhimov küçəsi, 183 ), saat 12-də başlayacaq.

Ağarəhim Poladov qurultayın gündəliyi haqda məlumat verib: “Dalğa”nın sədri və 8 nəfərlik idarə heyəti seçiləcək. Demokratiya Məktəbinin direktorunun seçkisi də gündəlikdə yer alır. Sədrliyə 4 namizəd var – İlkin Əlisoy, Hafiz Poladzadə, Orxan Nəbiyev və Araz Önər. Demokratiya Məktəbinin direktoru postuna isə 2 nəfər idda edir – Emin Rəsulzadə və Oruc Rəfili”.

Qurultaya gənclər təşkilatları təmsilçiləri, ictimai-siyasi xadimlər, jurnalistlər dəvətlidir. Giriş sərbəstdir.

Ağarəhim Poladovun sözlərinə görə, həmin gün “Dalğa”nın 6 yaşı da qeyd olunacaq. Bu tədbir “Rock-Klub”da keçiriləcək.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.