19.3.11

Dalğa Gənclər Hərəkatının sədri Azərbaycan xalqını təbrik edir!

Əziz həmvətənlər, bu gün Azərbaycan xalqının qədim bayramı olan Novruz Bayramıdır.
Novruz qədim günəş təqvimində "yeni il" anlamını verir. Baharın gəlişini, təbiətin yenidən doğmasını və çiçəklənməsini bildirir.
Azərbaycan xalqı uzun müddət SSR-nin tərkibində qaranlıq günlər yaşayıb. Bu gün biz artıq müstəqil bir dövlətik. Öz ənənələrimiz, öz düşüncəmiz, öz iradəmiz formalaşmaqdadır. Dünyaya nəzər salsaq onun sürətlə inkşaf etməkdə olduğunu görərik. Bu inkişafa düzgün yanaşmaq, gələcəyimizin xoşbəxt və rahat qurulmasında biz gəncliyin mühüm rolu var. Biz Dalğa Gənclər Hərəkatı olaraq hər zaman Azərbaycanın güclənməsini və inkişafını yüksək təhsildə görmüşük. Biz inanırıq ki, təbiətin canlanmasında günəşin nə dərəcədə rolu varsa, təhsilin də dövlətin inkişafında və insanların xoşbəxtliyində o qədər rolu vardır.
Biz təşkilat olaraq Azərbaycan xalqını Novruz Bayramı münasibəti ilə təbrik edir və Azərbaycan xalqına azad, firavan günlər arzu edirik.

Hörmətlə,

Orxan Nəbiyev
Dalğa Gənclər Hərəkatının sədri

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.