7.6.11

Dalğa Gənclər Hərəkatı dəyişir?

Hərəkatın üzvləri bundan sonra hansı ideologiyanın daşıyıcısı olacaq?

Dalğa Gənclər Hərəkatı (Dalğa GH) “re-branding”ə ("yenidənqurma") start verib. ANN.Az-ın verdiyi xəbərə görə, hərəkat öz təqdimatı ilə bağlı bir çox yeniliklər etməyi planlaşdırır. Yaxın zamanlarda Dalğa GH-nin nizamnaməsi, əsasnaməsi, simvolik rəngi, bayrağı, simvolik kitabları, simvolik musiqiləri, simvolik filmləri, fəaliyyət istiqamətləri və rəsmi blankı əsaslı şəkildə yenilənəcək.

Bundan başqa təkliflər və sorğular əsasında hərəkatın simasına bir sıra əlavələr ediləcək ki, onlar aşağıdakılardır:

1) Dalğa GH-nın simvolik heyvanı
2) Dalğa GH üçün internet TV
3) Dalğa GH üçün vizit sayt
4) Dalğa GH üçün blog
5) Dalğa GH üçün foto-blog
6) Dalğa GH üçün təbliğat roliki
7) Dalğa GH üçün simvolik şəxsiyyətlər


Dalğa GH Geniş Toplantısının 21 may 2011-ci ildə verdiyi qərara əsasən baş verəcək bu dəyişikliklər mərhələli şəkildə həyata keçiriləcək. Həmçinin, bu dəyişiklikləri hərəkatın simvolik günü (Azad Bənnalar günü) - 1 avqust 2011-ci ilədək başa çatması  nəzərdə tutulur. Dalğa GH “re-branding” (yenidənqurma) prosesində hər kəsi təklifləri və tövsiyyələri ilə iştirak etməyə çağırır. “Re-branding” başa çatdıqdan sonra Dalğa GH haqqında kitabın nəşri nəzərdə tutulur.

Hərəkatdan daxil olan məlumatda həmçinin deyilir ki, Dalğa GH-nın bəzi təqdimat formaları - Dalğa GH-nın bəyannaməsi, görüş forması, simvolik meyvəsi, himni, simvolik günü, loqosu, devizləri və prinsipləri ümumiyyətlə dəyişməyəcək.

Dalğa GH sədri Orxan Nəbiyevin ANN.az-a verdiyi məlumata görə, bundan başqa Dalğa GH-nin ideologiyası da konseptual şəkildə hazırlanıb ictimaiyyətə təqdim olunacaq: "Biz bu vaxta qədər biz Qarabağ məsələsinə, milli mentalitet məsələsinə və digər məsələlərə necə yanaşdığımızı konkret şəkildə açıqlamamışıq. Bu müxtəlif zamanlarda, müxtəlif cür səsləndirilsə də, konsepsiya halına salınmayıb. Amma indi bütün bunlar əsaslı şəkildə hazırlanıb cəmiyyətə təqdim olunacaq".

ANN.Az

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.