Dalğa GH ziyalılara qarşı təzyiqlərlə bağlı aksiya keçirdi
Bu gün – 26 noyabr 2011-ci il, saat 16:00-da Dalğa Gənclər Hərəkatı Heydər Əliyev prospektində (Aeroport yolunda) etiraz aksiyası keçirib.
Aksiyanı keçirməkdə məqsəd son dövrlər Azərbaycnda ziyalılara qarşı dövlət tərəfindən aparılan repressiv təbliğat və diskriminasiya siyəsətinə dur demək olub. Dalğa Gənclər Hərəkatı akademik Rafiq Əliyevin işdən azad edilməsini, buna paralel olaraq. Ziyalılar forumunun üzvlərinə qarşı təbliğatın aparılmasını pisləyir. Bunun nəticəsidir ki, daha bir ziyalı, yazar Rafiq Tağıya qarşı sui – qəsd edilib. Əgər dövlət ziyalısına sahib çıxmazsa sui – qəsdlər bundan sonra da olacaq. Dalğa Gənclər Hərəkatı bütün bunlara diqqət çəkmək üçün 26 noyabr 2011-ci il, saat 16:00-da Heydər Əliyev prospektində (Aeroport yolunda) flaşmob xarakterli etiraz aksiyası keçirib.
Aksiyada 3 dildə yazılmış (Azərbaycan, Rus, İngilis) “Ziyalıların əzildiyi ölkəyə xoş gəlmisiz!” şüarından istifadı edilib. Aksiyanın keçirilməsi üçün Heydər Əliyev prospektinin seçilməsinə səbəb Bakı Beynəlxalq Hava Limanından Azərbaycana gələn qonaqlara ölkədəki vəziyyət haqqında həqiqi mesajı çatdırmaq olub.
