Karl Marks öz fəlsəfəsində kapitalizmin daxili ziddiyətlərini açıb göstərmişdir və belə nəticəyə gəlmişdir ki, Kapitalizm İnsanı deqredasiyaya uğradır. O, bu xəstəliyin çarəsini kapitalizmin daxildən məhv olub sosializm qurulmasında görürdü. Proqnozlarının hələ də gerçəkləşmədiyini, marksistlərin hələ də oturub qloballaşma və onun nəticəsində inqilab gözlədiyini nəzərə almasaq mənə belə gəlir ki, Marksizmin daxilində bundan başqa digər problemlər də var.
Marks düşünürdü ki, istənilən sosial nəzəriyyə hansısa idealogiyanın ifadəsidir. İdealogiya dedikdə isə Marks sinfi mənafe üçün deformasiya edilmiş süuru nəzərdə tuturdu.
Bu müddəada problem açıq aşkardır. Burdan belə nəticə çıxır Marksizmin özü də bir nəzəriyyədir, və bir sinfin mənafeyinin ifadəsidir. Əgər belə deyilsə onda Marksizm hansı zəmin üzərində yaranıb? Bu müddəa ilə Marksizm özü-özünü zəmindən məhrum edir.
Digər bir tərəfdən Marks iddia edirdi ki, cəmiyyətin bazisi iqtisadi münasibətlərdir. Bazis üstqurumu determinə edir. Üstqurum dedikdə isə, Marks ictimai şüur,mədəniyyət,incəsənət və.s şeyləri nəzərdə tuturdu. Burdan belə nəticə çıxır Marksın özünün şüuru,bundan başqa Marksizm bir ictimai şüur kimi yarandığı dövrün iqtisadi münasibətlərinin nəticəsidir və indi həmin münasibətlər dəyişdiyi üçün Marksizmdə əhəmiyyətini itirib
Bundan başqa Marksın sinif anlayışı və siniflər arasındakı münasibətlərdə də problemlər var. Marks deyir ki, siniflər istehsal vasitələrinə sahib olub,olmamaq nəticəsində müəyyənləşir. İstehsal vasitələrinə sahib olanlar, Kapitalistlər sahib olmayanlar Proletarlardır. Kapitalistlər proletarları istismar edir və onların yaratdığı izafi dəyər nəticəsində varlarnır. Proletarlar isə bu istismarın əvəzində birləşərək sosializm inqilabını edəcəklər.
İlk öncə Sinif alayışının bölgüsü məzmunsuzdur çünki,kapitalistlər üçün çalışmayan və demək izafi dəyər istehsal etməyən ictimai sektorda çalışan həkim,jurnalist,alim və.s insanlar hansı sinfə aid edilməlidir?
İkinci Skandinaviya ölkələrinin birində yaşayan, ayda 30 min yevro maaş alan, maşını, evi, bankda hesabında pulu olan amma istehsal vasitələrinə sahib olmayan insandamı inqilaba qalxacaq və ya həmin adamla afrikada günü 2 dollara yaşayan və yenə istehsal vasitələrinə sahib olmayan adam eyni sinifə aiddir? Yəni Marksizmin sinif anlayışı ancaq onun öz dövrü üçün əhəmiyyət kəsb edə bilərdi.
Marksın başqa bir iddiası isə belə idi ki, Kapitalizm həddindən artıq istehsal böhranı nəticəsində məhv olacaq.
İnkişaf etmiş kapitalist ölkələri istehlak cəmiyyətləri yaradaraq bu problemi kökündən, bir dəfəlik həll etdi. Marksizm bu məsələdə də özünü doğrultmadı.
Digər bir tərəfdən Marks öz baxışlarında təbii amili nəzərə almırdı, o iqtisatiyyatı istehsal prosesini incələsə də buna təsir edəcək təbii amillər gözdən qaçmışdır. Yəqin onun nəticəsi idi ki, Marks kapitalizmin yaratdığı ekoloji böhran əvəzinə öz xülyalarının məhsulu olan “sosializm” proqnozu vermişdir. Demək nə iqtisadi determinizmlə, nə də dialektika ilə proqnoz verib gələcəyi demək mümkün deyil. Hələ bu proqnozun gerçəkləşməsi üçün qanlar tökülürsə.
Ən sonuncu tənqid isə əslində hamının bildiyi bir şeydi. Marks deyirdi ki, sosializm inkişaf etmiş kapitalist ölkələrində qurulacaq amma əvəzində feodalizmdən yeni qurtulmuş və kapitalizmin hələ formalaşmadığı Rusiyada yarandı. Lenindən soruşmaq istəyərdim hara tələsirdin? Hakimiyyətəmi! Əslində bu fakt özü göstərir ki, Marksizm özü müəyyən sinfin mənafeyinə xidmət üçün istifadə olunan nəzəriyyədir.
Marksın kapitalizm dağılacaq proqnozu isə müəyyən mənada özünü doğrultdu amma Marksın gözlədiyi kimi yox. Kapitalizm indi daxilən dəyişib indi kapital rolunda pul yox bilik çıxış edir. Siniflər isə istehsal vasitələrinə görə yox, ixtisaslaşmış biliklərə sahib olub-olmamaq əsasında aparılır. Bilik işcilərinə klassik mənada kapitalistlərə və xidmət işcilərinə, proletarlara bölünür.
Bu sistemin işləyişi və məzmunu haqqında növbəti yazımda məlumat verəcəm.
Saleh Mehdizadə / Fəlsəfə, II kurs
