Dünən, 15 dekabr 2011-ci, saat 19:00-da ildə “F-group production” tərəfindən “sorgu.ann.az” reytinq portalında keçirilən ilin brendi müsabiqəsi yekunlaşıb.
İlin ictimai sektoru adlı sorğuda 11 gənclər təşkilatının adı qeyd olunub. 15 oktyabrdan başlanan müsabiqə dünən, 15 dekabr 2011-ci ildə yekunlaşıb. Sorğuda ümumi olaraq 1.782 səs verilib. Nəticələrə əsasən Dalğa Gənclər hərəkatı 793 səslə birinci olub. İkinci yerin sahibi 466 səslə Azad Gənclik Təşkilatı, 3-cü yeri sahibi isə 234 səslə Nida Vətəndaş Hərəkatı olub.
Yaxın zamanlarda bütün qaliblər, o cümlədən də Dalğa Gənclər Hərəkatı birinciliyi əldə etdiyinə görə təşkilatçılar tərəfindən mükafatlandırılacaq.
Biz Dalğa Gənclər Hərəkatı olaraq bu sorğuda fəaliyyətimizi bəyənərək biz səs verən hər kəsə təşəkkür edirik.
