19.12.11

Dalğa Gənclər Hərəkatının Bakı Slavyan Universitetində baş verənlərlə bağlı məlumatı

Bu gün, 19 dekabr 2011-ci ildə Dalğa Gənclər Hərəkatının sədri Bakı Slavyan Universitetinin təlim-tərbiyə işləri üzrə prorektoru Oktay Səmədovla görüşüb. Görüşün əsas məqsədi 12 dekabr 2011-ci ildə Bakı Slavyan Universitetində keçirilən H. Əliyevin anım mərasimi zamanı baş verən hadisələrdən sonra tələbələr barəsində çıxarılan qərarla bağlı idi.

Beləki, 16 dekabr 2011-ci ildə Dalğa Gənclər Hərəkatına daxil olan xəbərə əsasən Bakı Slavyan Universitetində keçirilən tədbir zamanı gülən tələbələr haqda universitet rəhbərliyi qovulma əmri çıxarıb.

Bakı Slavyan Universitetinin prorektorunun verdiyi məumata görə həmin şəxslər haqda nə qovulma, nə də şiddətli töhmət qərarı verilib. Onlara həm şifahi xəbərdarlıq edilib. Bu xəbərdarlıq da onların şəxsi işinə yazılmayacaq.

Bu məsələyə sırf olaraq Dalğa Gənclər Hərəkatının Tələbələrin Hüquqlarının Müdafiə Komitəsi məşqul olur və bununla bağlı işçi qrup formalaşdırılıb. Məsələ ilə bağlı yeni məlumatlara hər zaman açığıq. İstənilən zaman Dalğa Gənclər Hərəkatına müraciət oluna bilər.

Bunu da qeyd etmək istəyirik ki, Bakı Slavyan Universitetinin prorektoru olan Oktay Səmədova bizi qəbul etdiyinə və bütün suallarımızı cavabsız qoymadığına görə təşəkkür bildiririk.



Hörmətlə,

Dalğa Gənclər Hərəkatı,

Tələbələrin Hüquqlarının Müdafiə Komitəsi

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.