9.3.12

Dalğa GH Xədicə İsmayilovanın şantaj edilməsi ilə bağlı aidiyyatı quurmlara müraciət edir


Xəbər verildiyi kimi naməlum şəxslər AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovanı şantaj etmək cəhdi göstərib. Martın 7-də jurnaslitin ev ünvanına gələn poçtda onun susması tələb olunur, əks halda intim şəkillər yaymaqla onun rüsvay ediləcəyi yazılır. 

Biz Dalğa Gənclər Hərəkatı olaraq bəyan edirik ki, Azərbaycanda peşəkar jurnalist araşdırmaları ilə tanınan Xədicə İsmayilovaya qarşı edilən şantaj cəhdləri və onun intim həyatı ilə bağlı şəkillərinin yayılması ilə bağlı hədə - qorxular Azərbaycan Respublikasının Konstitusiyasının 32 – ci maddəsinə, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalara ziddir və qeyri - etik addımdır. 

Biz Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Prezident Admnstrasiyasına, Milli Təhlükəsizlik Nazirliyinə və digər aidiyyatı qurumlara müraciət edərək, onlardan Xədicə İsmayilovaya qarşı bu qanunazidd addımları atanların tezliklə tapılıb cəzalandırılmasını, Xədicə İsmayilovanın şəxsi həyatının toxunulmamazlığı ilə bağlı hüququnun təmin edilməsini tələb edirik. 

Bütün bunlar edilməyəcəyi təqdirdə biz bunu aidiyyatı qurumların Azərbaycan Respublikasının Konstitusiyasına qarşı etinasızlığı və adı çəkilən qurumların söz və ifadə azadlığına hörmətlə yanaşmaması kimi qiymətləndiriəcəyik.

Həmçinin bəyan edirik ki, Xədicə İsmayilovanın hüquqlarının bərpası istiqamətində qanunvericilik çərçivəsində bacardığımız bütün addımları atacağıq.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.