3.4.12

Biz kimdən maliyyələşirik? – MÜSABİQƏ

Dalğa Gənclər Hərəkatı yeni müsabiqəyə start verir

Dalğa Gənclər Hərəkatının fəaliyyətə başladığı zamandan bu günə qədər onun hardan maliyyələşməsi barədə müxtəlif fikirlər söylənilir. Dəfələrlə rəsmi və səmimi şəkildə maliyyə mənbələrimiz haqqında məlumatlar versək də, bu müzakirələr hələ də davam edir.

Hər zaman olduğu kimi öz fəaliyyət şəffaflığımızdan əmin olduğumuz üçün “DALĞA GƏNCLƏR HƏRƏKATI KİMDƏN MALİYYƏLƏŞİR?!” adlı yazı müsabiqəsinə start veririk. Müsabiqədə iştirak etmək istəyənlər öz bloqlarında bu mövzuda yazılar, karikaturalar, fotolar və videolar yerləşdirə bilər.

Müsabiqədə iştirak etmək üçün hazırlanmış materiallarda Dalğa Gənclər Hərəkatının tənqidinə heç bir məhdudiyyət qoyulmur.

Dalğa GH-nin maliyyə mənbələri haqqında fikirlərinizi sərbəst yaza bilərsiz.

Şərt: Müsabiqədə 16-30 yaş arası insanlar iştirak edə bilər və materiallarda Dalğa GH-nin loqosundan istifadə edilməlidir.

Son müraciət tarixi 20 aprel 2012-ci il. 

Yazılar Münsiflər tərəfindən qiymətləndiriləcək.

Münsiflər:
Xanım Yadigarlı (Dalğa GH sədr)
Ağarəhim Poladov (Dalğa GH keçmiş sədr)
Zaur Qurbanlı (NİDA VH nümayəndəsi)
Rəşad Həsənov (Müsbət Dəyişiklik GH nümayəndəsi)


Münsiflər hər bir yazıya 10 ballıq sistemlə 0-10 bal arası qiymət verə bilər

Mükafatlar:
1-ci yer – Qalib bloq üçün .az domen məkanından domen
2-ci yer – flash kart
3-cu yer – Bloq sahibi üçün gözəl bloq dizaynı

yazılar bu e-maile göndərlməlidir

dalga_telebe@yahoo.com

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.