18.4.12

Dalğa Gənclər Hərəkatının İdrak Abbasovun döyülməsi ilə bağlı bəyanatı

Xəbər verildiyi kimi Bu gün sulutəpədə 4-cü mədən deyilən ərazidə bir qrup polis əməkdaşı və Dövlət Neft Şirkətinin mühafizəçiləri qanunsuz hesab etdikləri evlərin söküntüsünə başlayıblar.




Hadisə şahidlərinin verdiyi xəbərə görə, ərazidə sakinlərlə qarşıdurma olub.


Ərazidə çəkiliş aparan RATİ əməkdaşı jurnalist İdrak Abbasova qarşı Neft Şirkətinin Əməkdaşları tərəfindən zor tətbiq edilib. İ. Abbasov kəllə beyin travması ilə xəstəxanaya gətirilib. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Biz Dalğa Gənclər Hərəkatı olaraq jurnalistin peşə fəaliyyətinin yerinə yetirilməsinə qarşı maneələrin yaradılmasını ona qarşı zorakılıq edilməsini qətiyyətlə pisləyirik, bunu ölkədəki azad mətbuata qarşı basqı kimi qiymətləndiririk.

Həmçinin hüquq mühafizə orqanlarından İdrak Abbasova qarşı zorakılıq edənlərin tezliklə tapılıb cəzalandırlmasını, jurnalistin bundan sonrakı təhlükəsizliyi üçün lazımi tədbirlərin görülməsini tələb edirik.

Bütün bunlar baş verməyəcəyi təqdirdə biz bunu hüquq mühafizə oranlarının vətəndaşların təhlükəsizliyini təmin etməkdə aciz olduğu hal kimi qiymətləndirəcəyik və qeyri rəsmi olaraq İdrak Abbasovun mühafizəsini öz üzərimizə götürəcəyik.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.