21.5.12

Dalğa Gənclər Hərəkatı "ADR Həftəsi"

Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan olunmasının 94 illiyi ilə əlaqədar olaraq Biz, Dalğa Gənclər Hərəkatı ADR Həftəsinin qeyd olunmasını bəyan edirik.

 Dalğa Gənclər Hərəkatının İdarə Heyətinin qərarına əsasən "ADR Həftəsi" çərçivəsində Dalğa Gənclər Hərəkatının təşkilatçılığı ilə - Tədbirlər, ADR yürüşü,ADR-in banisi və baş ideoloqu M.Ə.Rəsulzadənin Novxanıdakı evinin-heykəlinin ziyarət olunması nəzərdə tutulur."ADR Həftə"sinin bağlanışı münasibəti ilə sonda " Azad Dönməz Rəngli"  party-si keçiriləcəkdir.

ADR Həftəsi 22-29 May tarixlərində nəzərdə tutulub.İştirak üçün hər kəs dəvətlidir.Tədbirlərin keçirilməsi elanları Dalğa Gənclər Hərəkatının rəsmi internet səhifəsində (www.dgh.az) və "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımlanacaq.

Hörmətlə,
Xanım Yadigarlı
Dalğa Gənclər Hərəkatının  Sədri

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.