Dalğa Gənclər Hərəkatı - "Uşaqlara qayğı ilə"

31 may 2012-ci il Dalğa Gənclər Hərəkatının İdarə Heyətinin qərarına əsasən, “ Uşaqlara qayğı ilə” həftəsi çərçivəsində Dalğa GH-nın təşkilatçılığı ilə Səhiyyə Nazirliyinə məktub ünvanlanacaq, müxtəlif tədbirlər, flashmoblar keçiriləcəkdir.

Dalğa Gənclər hərəkatı “ADR həftəsi” çərçivəsində “Demokratiya yürüşü” keçirib.

Çox sayda Dalğaçının iştirak etdiyi yürüş Nizami küçəsindən Rəsulzadə bağına qədər davam edib. Yürüş zamanı hərəkat üzvləri Azərbaycan və Dalğa Gənclər hərəkatın himnini ifa ediblər.

Biz anladıq ki…

Bir çox hallarda edilən yeniliklər və ya dəstək aksiyalarımız insanlar tərəfindən birmənalı qarşılanmır. Biz anlayırıq! Anlayırıq ki, həbsdə olan gənc dostlarımızın müdafiəsi məqsədi ilə yaradılan Gənclərin Hüquqlarını Müdafiə Komitəsində təmsil olunmağımız hakimiyyət qurumlari tərəfindən yaxşı qarşılanmır. Necə ki, maarifçilik hərəkatı ilə eyni dəyərləri paylaşmağımız üçün də mollaların xoşuna gəlmirik..

“Dalğa”çılar ağızlarını bağladılar

Iyunun 3çü Dalğaçılar ümumidünya İfadə Azadlığına dəstək aksiyasını keçiriblər.

Gənclərin Rəsulzadə sevgisinin acı aqibəti?

Polis «Dalğa» Gənclər Təşkilatının 2 üzvünü saxlayıb. Təşkilatdan hesab edirlər ki, buna gənclərin əyinlərindəki köynək səbəb olub. Təşkilatın həmtəsisçisi Ramin Hacılı: «Səbəb köynəkdir, Rəsulzadənin şəkli olan köynək. 2 gün əvvəl «Dalğa»nın ofisinə 9-cu polis bölməsinin əməkdaşları gəlib, bildiriblər ki, burda köynək satılır.

7.2.15

Dalğa GH 10 yaşını qeyd edəcək











12 fevral 2015-ci il Azərbaycan ictimai tarixində xüsusi yerə sahib Dalğa Gənclər Hərəkatının təsis edilməsinin 10 ili tamam olur.

Hər il yaranış gününü xüsusi qeyd etməklə mesajlarını təkrarlayan hərəkat bu il üçün xüsusi hazırlıq görüb. 12 fevral saat 18:00-da Mont İnn Hoteldə  “10 Yaşlı İstək” adlı party baş tutacaq.

28.1.15

C. S. Mill və “Azadlıq Haqqında” - Xəyyam Namazov

Yazı Con Stüart Millin dilimizə tərcümə edilmiş “Azadlıq Haqqında” əsərinə “Giriş” olaraq yazılmışdır. 
Təhsil, din, cəmiyyət, siyasət fəlsəfəsi, siyasi iqtisadiyyat, etika, epistomotologiya, metafizika və digər mövzularda yazdığı əsərləri ilə filosof, iqtisadçı, siyasi nəzəriyyəçi, siyasətçi, sosial liberal, romantik və bunun kimi bir çox statusları özündə daşıyan Con Stüart Mill 19-cu əsr İngiltərəsində yetişmiş ən böyük ziyalılardan biri hesab olunur. Başda ailəsi olmaqla, yaşadığı cəmiyyət və dövrün təsiri altında yaratdığı bir çox əsərlər siyasi elmlər, siyasi iqtisadiyyat, sosiologiya və fəlsəfə sahələrində ən çox oxunan və dünya fikir tarixində xüsusi yer tutan əsərlər sırasındadır.

24.11.14

Rafiq Tağı anıldı


Rafiq Tağının vəfatından 3 il ötdü
Noyabrın 23-ü yazıçı-publisist, həkim Rafiq Tağının vəfatından 3 il ötdü.  Bu münasibətlə yaxınları, dostları və Dalğa Gənclər Hərəkatının üzvləri yazıçının məzarını ziyarət etdilər. Yazıçını yad edənlər onun haqqında düşüncələrini bölüşərək, yazıçının Azərbaycan tarixindəki  yerindən danışdılar
Rafiq Tağının böyük qardaşı Alim Tağıyev söylədi ki,  yazıçın dəyəri müəyyən zaman keçdikdən sonra veriləcək: “Rafiq Tağı Azərbaycan millətinin sayılıb, seçilən oğullarından biridir. Onun dəyərini hələ indi vermək mümkün deyil. Deyir, o uca dağ yaxından görünməz. Zaman keçdikcə, Rafiq Tağının qiyməti bilinəcək”.
Şair Rasim Qaraca yazıçının gənclər üçün xüsusi nümunə olduğunu vurğuladı : “Rafiq Tağının təcrübəsi çox qiymətlidir. Gələcək nəsillərə örnəkdir. Burada dostlarımızın söylədiyi kimi, o, bir nümunədir ki, bu nümunəyə xüsusən, gənclərin çox böyük ehtiyacı var”.
Rafiq Tağının oxucusu Cəmşid  Rafiq Tağının qatillərinin qorxaq olduğunu dedi: "O qədər qorxaqdırlar ki, insana düşüncəsinə görə bıçaq vururlar. Mən insanın qarşısında baş əyirəm. Vicdanın qarşısında. Rafiq Tağı, sən vicdansan! Mən baş əyirəm sənin qarşında”.
Dalğa Gənclər Hərəkatının üzvü Ramin Hacılı isə  Rafiq Tağı ilə bağlı xatirəsini bölüşdü : “ Mənim çox ciddi təsirləndiyim bir an olmuşdu. Biz xəstəxanaya gedəndə,  həkim dedi ki, biz Rafiq Tağını əməliyyat masasına alanda, onu yumağa ehtiyac qalmadı. O qədər təmiz idi ki, birbaşa əməliyyat etdik. Bu, paklıq rəmzidir”.
Rafiq Tağının qardaşı İlqar Tağının söylədiyinə görə, o, qatilin tapılacağına inanır: “Cəhalət sevinməsin qoy. Qatil də tapılacaq. Qatil o cəhalətin görünən tərəfi idi. Əslində, cəhalət Azərbaycanda çox dərindədir. Amma Rafiq Tağının xətti davam edəcək. Mənə elə gəlir ki, Azərbaycanın işıqlı gələcəyi üçün Rafiq lazım idi. Rafiq missiya olaraq, Azərbaycanda doğuldu”.
Yazıçının qızı Qəmər Tağı  bildirdi ki, Rafiq Tağıya vurulan bıçaq zərbələri azad sözə vurulan zərbələrdir:
“Demək istəyirəm ki, Rafiq Tağıya vurulan  bıçaq zərbələri azad sözə vurulan zərbələrdir. Rafiq Tağı unudulmayacaq”.
 Rafiq Tağı 2011-ci il noyabrın 19-da naməlum şəxs tərəfindən hücuma məruz qalaraq  bıçaqlanıb. Yazıçı xəstəxanaya çatdırılıb, əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Rafiq Tağınının qatili hələ də tapılmayıb. 
İzolda Ağayeva/Meydan TV

21.11.14

"AŞMA" niyə ikinci dəfə çap edildi?

Tarix: 29 noyabr, saat 15:00-dan 17:00-dək.

Məkan: «Əli və Nino» –2 kitab mağazası.

Filosof Ağalar Məmmədovun ilk dəfə 2012-ci ilin dekabr ayında işıq üzü görən "AŞMA: fəlsəfi məqalələr və müsahibələr toplusu” ikinci dəfə çap edildi. "Qanun Nəşrlər Evi"nin çap etdiyi kitab ilk satış mərhələsini uğurla başa vurdu. Oxucuların marağını nəzərə alaraq, nəşriyyat kitabın genişləndirilmiş ikinci çapını gerçəkləşdirdi. Yeni kitabın tərtibatı və keyfiyyəti daha yüksək səviyyədə hazırlanıb.
Kitabda bütövlükdə 80-dən çox fəlsəfi məqalə və 4 müsahibə yer alıb. 

6.11.14

Ağalar Məmmədovun kitabı rekord oldu

Filosof Ağalar Məmmədovun ilk dəfə 2012-ci ilin dekabr ayında işıq üzü görən "AŞMA: fəlsəfi məqalələr və müsahibələr toplusu” ikinci dəfə çap edilib. 

Qaynar.info-nun verdiyi xəbərə görə, "Qanun Nəşrlər Evi"nin çap etdiyi kitab ilk satış mərhələsini uğurla başa vurub. Oxucuların marağını nəzərə alaraq, nəşriyyat kitabın genişləndirilmiş II çapını gerçəkləşdirib. Kitabın II nəşri, müəllifin I nəşrdə çap olunmayan 1 məqaləsi və 1 müsahibəsi də daxil edilərək genişləndirilib. Bu dəfə kitabın tərtibatı və keyfiyyəti daha yüksək səviyyədə hazırlanıb.
Kitabda bütövlükdə 80-dən çox fəlsəfi məqalə və 4 müsahibə yer alıb. Kitabda “Fəlsəfə işığında dil”, “Kulturo-etik yazılar”, “İslamın çadrasız üzü”, “Zaman, allah-insan, ölüm”, “Siyasi-ideoloji yazılar” kimi 10-dan çox əsas başlıq yer alıb.
"AŞMA: fəlsəfi məqalələr və müsahibələr toplusu” Dalğa Gənclər Hərəkatının (Dalğa GH) təşəbbüsü ilə çap edilib. Kitab məqtul (qətl edilmiş) yazıçı-pubilisist Rafiq Tağının xatirəsinə həsr olunub. Kitabda Dalğa GH-nın fəaliyyəti barədə də məlumat verilməklə yanaşı, Dalğa GH-nın həmtəsisçisi, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının ön sözü də Rafiq Tağı və müəllifin baxışları istiqamətindədir.
"Aşma"nın genişləndirilmiş II nəşrinin məhz "Aşura" günü çapdan çıxması hansısa mesajdan xəbər verirmi? Nələri aşmalıyıq? Müəllif oxucuları nəyə səsləyir? Aşuraya qarşı Aşma?! Buna “Aşma”nın gücü çatacaqmı? Bütün bu kimi suallara kitabı alıb oxuyanlar qərar verə biləcək...
“Aşma”nı şəhərimizin kitab mağazalarından əldə etmək olar.

4.5.14

Zahir Əzəmətin "Balaca adamı" oxucularla görüşdü

Mayın 4-də "Zero" Kitab Evində yazar Zahir Əzəmətin "Balaca adam" kitabının imza günü keçirilib. 

Təqdimat mərasimində müəllifin qələm dostları, oxucuları və KİV nümayəndələri iştirak ediblər. Təqdimat "Zero" Kitab Evi və "Dalğa" Gənclər Hərəkatının təşkilatçılığı ilə baş tutub.

Onlarla oxucunun iştirak etdiyi tədbirdə müəllif hər kəsə iştirakına görə təşəkkür etmiş və hər kəs üçün kitab imzalamışdır. 

"Balaca adam"da tanınmış yazar Zahir Əzəmətin 2006-2009-cu illərdə "Alma" qəzetində yayımlanan publisistik yazıları, esseləri toplanıb. Bu yazılarda qoyulan problemlər, toxunulan mövzular bu gün də aktualdır. 

"Qanun" Nəşrlər Evinin dəstəyi ilə çap olunan kitabın tərtibçisi Sevinc Çılğın, redaktoru Şəmşad Ağadır. 

20.3.14

Dalğa Gənclər Hərəkatının sədrindən bayram təbriki










Əziz həmvətənlər! Bu gün qədim mənşəyə sahib, əsrlər boyu xalqımızın qeyd etdiyi Novruz bayramıdır.

Novruz şərq təqviminə görə yeni ilin başlanğıcıdır. Baharın gəlişini, təbiətin canlanmasını göstərir. Həm də şərq mifologiyasına görə bir əzmkarlıq, cəsarət bayramıdır.