Dalğa Gənclər Hərəkatı - "Uşaqlara qayğı ilə"

31 may 2012-ci il Dalğa Gənclər Hərəkatının İdarə Heyətinin qərarına əsasən, “ Uşaqlara qayğı ilə” həftəsi çərçivəsində Dalğa GH-nın təşkilatçılığı ilə Səhiyyə Nazirliyinə məktub ünvanlanacaq, müxtəlif tədbirlər, flashmoblar keçiriləcəkdir.

Dalğa Gənclər hərəkatı “ADR həftəsi” çərçivəsində “Demokratiya yürüşü” keçirib.

Çox sayda Dalğaçının iştirak etdiyi yürüş Nizami küçəsindən Rəsulzadə bağına qədər davam edib. Yürüş zamanı hərəkat üzvləri Azərbaycan və Dalğa Gənclər hərəkatın himnini ifa ediblər.

Biz anladıq ki…

Bir çox hallarda edilən yeniliklər və ya dəstək aksiyalarımız insanlar tərəfindən birmənalı qarşılanmır. Biz anlayırıq! Anlayırıq ki, həbsdə olan gənc dostlarımızın müdafiəsi məqsədi ilə yaradılan Gənclərin Hüquqlarını Müdafiə Komitəsində təmsil olunmağımız hakimiyyət qurumlari tərəfindən yaxşı qarşılanmır. Necə ki, maarifçilik hərəkatı ilə eyni dəyərləri paylaşmağımız üçün də mollaların xoşuna gəlmirik..

“Dalğa”çılar ağızlarını bağladılar

Iyunun 3çü Dalğaçılar ümumidünya İfadə Azadlığına dəstək aksiyasını keçiriblər.

Gənclərin Rəsulzadə sevgisinin acı aqibəti?

Polis «Dalğa» Gənclər Təşkilatının 2 üzvünü saxlayıb. Təşkilatdan hesab edirlər ki, buna gənclərin əyinlərindəki köynək səbəb olub. Təşkilatın həmtəsisçisi Ramin Hacılı: «Səbəb köynəkdir, Rəsulzadənin şəkli olan köynək. 2 gün əvvəl «Dalğa»nın ofisinə 9-cu polis bölməsinin əməkdaşları gəlib, bildiriblər ki, burda köynək satılır.

15.3.14

Dalğa Gənclər Hərəkatı "Qanun"a dəstək oldu

Martın 15-də «Dalğa» Gənclər Hərəkatı «Qanun» nəşriyyatına dəstək flaşmobu keçirib.

Gənclər aksiyanı Vergilər Nazirliyinin önündə planlaşdırsalar da, polis buna imkanı verməyib.

Fəallar nazirliyin qarşısındakı Hüseyn Cavid parkında kütləvi kitab oxumaqla nəşriyyata öz həmrəyliklərini bildiriblər.

Hərəkat sədri Hacı Zeynallı:

«Biz belə bir flaşmob keçirməklə nəşriyyatın müdafiəsinə qalxdıq. Kitabı sıxışdıranlara qarşı çıxdıq, parkda kütləvi kitab oxuduq. Kitabın bir bəşəri dəyər olduğunu səsləndirdik».

Daha sonra hərəkat üzvləri «Qanun» nəşriyyatına yollanıblar.

Vergi yoxlamaları nəticəsində 150 min manat cərimə edilən «Qanun» nəşriyyatına qarşı Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində cinayət işi başlanıb.








11.3.14

Dalğa "Qanun"a dəstək üçün vətəndaş cəmiyyətinə səsələndi

Dalğa Gənclər Hərəkatının təşkilatçılığı ilə "Demokratiya məktəbi" layihəsi çərçivəsində "Azərbaycan kitabı bu gün- " Qanun " nəşriyyatı mövzusunda tədbir keçirilib. Nəşriyyatın üzləşdiyi problemlər və kitab sektorundakı son durum müzakirə olunub.

9.2.14

Dalğaçılar: “Biz Uqanda vətəndaşıyıq”

Fevral ayının 4-ü Dalğa Gənclər Hərəkatının üzvləri Gənclər və İdman Nazirliyi qarşısında flaş-mob keçiriblər. Əllərində “Biz Uqanda vətəndaşıyıq”, “Biz Cibuti vətəndaşıyıq” və s. yazılmış bayraqları tutaraq ölkədə fərqli düşünən gənclərə olan diskriminasiya, ögey münasibətə, hər cür ayrıseçkiliyə qarşı etiraz ediblər. 

5.2.14

Hacı Zeynallı: "Sistem gənci güclülərdən asılı hala salır"

2 fevral Azərbaycanda gənclər günü kimi qeyd olunur. Qaynar.info gənclər günündə Dalğa Gənclər Hərəkatının sədri Hacı Zeynallıdan aldığı müsahibəni təqdim edir.
"Gərək dövlətimiz gənclər arasında fərq qoymasın."
- Təqribən 1 aya yaxındır ki, Dalğa Gənclər Hərəkatının sədri seçilmisən. Bir çoxları Dalğanın fəaliyyətində durğunluq yaşandığını iddia edir. Bununla razısanmı? Əgər razısansa, bu durğunluğu aradan qaldırmaq üçün hansı işləri planlaşdırırsan? 
- 1 aydır ki, Dalğa Gənclər Hərəkatının (Dalğa GH) sədriyəm. Seçkilərə qatılmazdan əvvəl  platforma hazırlamışdım. Hazırda orda qeyd olunan bəndlər üzərində və digər tərəfdən dalğaçıların ideyaları, bu gün üçün aktual olan məsələr üzərində işləyirik. Bunların paralelində əvvəl fəaliyyət göstərmiş bir sıra layihələrin, klubların bərbası üzərində çalışırıq. Xüsusilə də, “Alma” qəzetinin yenidən meydana gəlməsi yolunda işləri davam edirəm.  Həmçinin hər həftə “Demokratiya Məktəbi”nin dərsləri təşkil edilir və bu məktəbin genişlənməsi yolunda işlər görülür. Bu günə qədərki fəaliyyətimizdə olan durğunluqdan sürətli çıxış var, səbəb də Dalğa GH-nın dönüşüdü. Çünki gənclər sektorunda baş verən sakitlikdə yalnız hərəkatımızın adına və gördüyü işlərə şahid olduq. Bundan sonra da bizi daha çox görünəcəyik.
- Sabah ölkədə gənclər günü qeyd olunacaq. Dövlətin gənclər siyasətini necə dəyərləndirirsən? 
- İlk öncə, Gənclər Günü münasibətilə bütün gəncləri, eləcə də dalğaçı dostlarımı təbrik edirəm. Biz, Dalğa Gənclər Hərəkatı olaraq ən önəmli  məsələ olan təhsilin üzərində dayanmışıq. Ölkə gəncliyinə münasibət təhsil səviyyəsinə olan münasibətlə ekvivalent təşkil edir. Səviyyənin aşağı olması bütöv bir gəncliyin də axsamasına gətirib çıxarır. Gənc komfortu sevir, insanın düşdüyü mühitin fəaliyyətinə təsiri böyükdür. Universitetlərdəki təhsil, tələbələr üçün yaradılan şərait çox aşağıdır, Azərbaycan gəncinə, tələbəsinə, ümumilikdə ölkə vətəndaşına layiq deyil. Düşünürəm ki, hazırda ən çox qayğı və diqqətin ayrıldığı sahələrdən biri idmandır. Lakin bununla yanaşı bizə sağlam bədəndə sağlam beyinlər lazımdır. Çox gülməli vəziyyətdir ki, illərdir bu ölkə dünyaya beyin kapitalı ixrac eləmir.  Onun üçün təhsil səviyyəsinin yaxşılaşdırılması, beynəlxalq standartların tətbiqi, digər yandan gənclərin xaricdə təhsil almasına imkanların genişləndirilməsi lazımdır. Bununla yanaşı tələbə və gənclərlə mütəmadi dialoqlar aparılmalı, bir masa ətrafında bu məsələlər müzakirə olunmalıdır. Mən özüm beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıram. Sabahın diplomatıyam və təbii ki, istənilən məsələdə bu gün "qordi düyünü"nü açmaq intellektual, təhsilli gənclərdən çox  asılıdır. Bunun üçün də yuxarıda sadaladıqlarım mütləq vacibdir.  Digər bir tərəfdən isə vətəndaş cəmiyyətinin inkişafına yönəlik maneələr də gənclərə olan münasibətin aşağı olmasından xəbər verir. Burada gənclər deyəndə daha çox fərqli  düşünən gənclərə olan münasibəti nəzərdə tuturam. Bizim də əsas məqsədimiz demokratiyanın fundamental dəyərlərini özündə ehtiva edən vətəndaş cəmiyyətinin qurulması uğrunda mübarizədir. Ölkəni boz çalarların əsarətindən çıxarmağa çalışan rəngli insanlar bu ölkədə layiqi qiymətlərini almırlar. Ögey münasibət çox aydın sezilir.
- Ölkə gənclərinin ən böyük problemləri hansılardır və Dalğa GH bunların həlli istiqamətində hansı fəaliyyətləri həyata keçirməyi düşünür? 
- “Azərbaycan gənci” anlayışı “problemli gənc” statusu ilə sinonimdir. Ölkə gəncləri problemlər girdabında yaşayır. Deyərdim ki, yaşamaq uğrunda mübarizə, təbii seçmə mərhələsi bizlər üçün çox çətindir. Sistem gənci özündən güclülərdən asılı hala salır. Digər bir tərəfdən isə bu asılılıq gəncin normal, azad fərd kimi yetişməsinə mane olur. Standartlığın, monotonluğun əsirinə çevirir. Qayəsi absurdluqdan təşkil olunmuş mental dəyərlərin insan həyatını monopoliyaya alması da bu çətinliklərə əlavə və deyərdim ki, ən ciddi yükdür. Amma biz gəncləri inadlı, yaradıcı olmağa çağırırıq. Mən hərəkatımızdakı seçki zamanı belə bir ifadə işlətmişdim: “Çox adam deyir ki, Şekspir olmasa idi, ingilis ədəbiyyatı buz bağlayardı. Dalğa GH da olmasa idi, bu cəmiyyət buz bağlayardı”. Bu gün Dalğa GH-nın olması bu problemlərin həlli uğrundan mübarizə aparan kəsimin olmasından xəbər verir. Biz yenə də gənclərin problemlərini gündəmdə saxlayacayıq, ictimai şüurun inkişafı yönündə fəaliyyət, aydınlatma missiyasını  gücləndirərək davam edəcəyik. Hədəflərimiz uğrunda döyüşəcəyik. Qoymarıq ki, cəmiyyət boz rəngin əsirində qalsın.
- İntiharların qarşısını almaq məqsədi ilə kampaniyaya başladığınızı bəyan etmişdiz. Hazırda kampaniya ilə bağlı durum necədir? 
- İntiharların günü-gündən artması mövcud problemlərin həlli üçün fəaliyyət dairəsinin genişləndirilməsini tələb edir. Biz bu yaxınlarda intihar məsələsini ictimailəşdirmək üçün flaş-mob və tədbirlər keçirmişik. İnsanlarımızı inad etməyə dəvət eləmişk və çıxış yolunun özünəqəsddə olmadığını aşılamağa çalışmışıq. Biz sahiblənməni qarşımıza məqsəd qoymuşuqsa, bu məqsədə sadiq qalmaq naminə işlərimizi də davam edəyəcəyik. İntihar sayının çoxalması qorxusu, özünəqəsd hallarının adiləşməsi və bu yönümdə ciddi fəaliyyətin olmaması səbəbindən yeni bir kampaniyaya başlamışıq. İnsanların intihar həddinə çatdırılması ilə bağlı qanunvericiliyin sərtləşməsi ilə bağlı hökumət qarşısında məsələ qaldıracağıq. Digər tərəfdən isə insanlara təmənnasız psixoloji yardım mərkəzi yaradacağıq. Təşkilatlanma mərhələsindəyik. Hazırda bununla bağlı danışıqlar gedir. Yaxın günlərdə hazırlıq işləri başa çatacaq və cəmiyyət yaratdıqlarımızı görəcək.
- Dalğa GH hər ili hansısa mövzuya aid il elan edir. 2014-cü ili nə ili elan etməyi düşünürsüz? 
Bu ili “M. Ə. Rəsuzladə ili” eləməyi düşünürük. Ölkə başçısı 22 noyabr 2013-cü ildə Azərbaycan Demokratik Respublikasının banisi, görkəmli ictimai-siyasi xadim Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdı. Ancaq imzalandığı iki gün öncəyəə, yəni 130 yaşı olduğu günə qədər elə də ciddi bir tədbirin keçirildiyinin şahidi olmamışıq. Bundan sonra nələrinsə olması sual altındadır. Sərəncamın icrasına laqeyd və soyuq münasibət göstərilir. Düşünürük ki, hazırki vəziyyətdə bu il ərzində elə də ciddi addımlar atılmayacaq. Ümumulikdə isə həmin şəxsə göstərilən bu münasibət tariximizin şanlı səhifəsinə göstərilən münasibət kimi dəyərləndiririk. Məsələni gündəmdə saxlamaq üçün bu il çərçivəsində  bir sıra tədbirlərin keçirilməsini nəzərdə tuturuq.
- Gənclər günü ilə bağlı hansı planlarınız var? Hər hansı rəsmi tədbirə dəvət almısızmı? 
- Dalğa GH-da əsasən üzvlər tələbələrdi və bu səbəbdən imtahanlar təzəlikcə bitdiyinə görə bu günü xüsusi qeyd eləməyi planlaşdıra bilməmişik. Gənclər günündə gəncə ən önəmli hədiyyə onun kəsirsiz növbəti sessiyaya daxil olmasıdır (gülür). Digər suala gəldikdə isə, heç bir tədbirə dəvət almamışıq. Dediyim kimi, bu ölkədə fərqli gəncliyə münasibət göz önündədir. Gərək dövlətimiz gənclər arasında fərq qoymasın. 
Pərviz
Qaynar.info

26.1.14

Dalğaçılar "intihar" etdi

 ... Gənclərdən ikisi özünü ipdən asır, biri dərman içir, digəri damarını kəsir. Qalanları da əllərində «İntihar etmə, inad et», «Bu tamaşa deyil, gerçəklidir» plakatları qaldırıb.  
Yanvarın 19-da Dalğa Gənclər Hərəkatının bir qrup üzvü Opera və Balet Teatrının qarşısında intiharlar əleyhinə flaş-mob keçirib.

Hərəkatın rəhbəri Hacı Zeynallı deyib ki,

24.1.14

İntiharla bağlı kampaniya başladı

                             Dalğa Gənclər Hərəkatı mərkəz yaradır. 

2014-cü ilin ilk 23 günü ərzində mətbuata məlum olan 21 intihar hadisəsi qeydə alınıb. Bu, Azərbaycanımızda gərginliyin və insanların özünü probleminin kuliminasiya nöqtəsinə çatmasının sübutudur. Biz, Dalğa Gənclər Hərəkatı (Dalğa GH) olaraq mövcud problemi ictimailəşdirmək üçün fləş-mob və kampaniyalar keçirdik. Lakin intiharın günü-gündən artması mövcud problemin həlli üçün fəaliyyətin genişləndirilməsini vacib edir. Bütün bunlarla yanaşı Azərbaycanda fəaliyyət göstərən Azad LGBT Təşkilatının rəhbəri İsa Şahmarlının intihar etməsi cəmiyyətdə böyük sarsıntı yaratdı.İntiharların sayının artması qorxusu,özünə qəsd hallarının adiləşməsi və bu istiqamətdə hər hansı bir ciddi addımların atılmaması səbəbindən Dalğa GH təşəbbüslə çıxış edir :

1.Dalga GH-nın nəznində insanlara təmannasız pisxoloji yardım göstərəcək Mərkəz yaradılır.

2. İnsanları intihar həddinə çatdırılması ilə bağlı mövcud qanun vericiliyin daha da sərtləşdirilməsi ilə bağlı hökumət qarşısında məsələ qaldırılacaq. 

3. Azərbaycanda fəaliyyət göstərən Vətəndaş Cəmiyyəti İnstitutlarını cəlb edərək "Yaşa ki , yaradasan!" kampaniyasına başlanılacaq.

 Dalğa GH hər bir vətəndaşı Azərbaycan Respublikasının konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş "... İnsan və Vətəndaş hüquqlarını ,azadlıqlarını ,irqi ,milli ,dini ,dil ,cinsi ,mənşəyi ,əqidə ,siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır." hörmətlə yanaşmağa çağırır.

15.1.14

Dalğaçılar "cin" çıxardı - Video

Artıq bir neçə gündür ölkə gündəminin bir hissəsi olan "cin çıxarma" məsələsi ilə bağlı müzakirələr artmaqda davam edir.

Qaynar.info xəbər verir ki, məsələ ilə bağlı etiraz və ironiyalı materiallar hazırlanıb. Belə materiallardan biri də Dalğa Gənclər Hərəkatı və Sancaq Production tərəfindən hazırlanıb.