Dalğa Gənclər Hərəkatı - "Uşaqlara qayğı ilə"

31 may 2012-ci il Dalğa Gənclər Hərəkatının İdarə Heyətinin qərarına əsasən, “ Uşaqlara qayğı ilə” həftəsi çərçivəsində Dalğa GH-nın təşkilatçılığı ilə Səhiyyə Nazirliyinə məktub ünvanlanacaq, müxtəlif tədbirlər, flashmoblar keçiriləcəkdir.

Dalğa Gənclər hərəkatı “ADR həftəsi” çərçivəsində “Demokratiya yürüşü” keçirib.

Çox sayda Dalğaçının iştirak etdiyi yürüş Nizami küçəsindən Rəsulzadə bağına qədər davam edib. Yürüş zamanı hərəkat üzvləri Azərbaycan və Dalğa Gənclər hərəkatın himnini ifa ediblər.

Biz anladıq ki…

Bir çox hallarda edilən yeniliklər və ya dəstək aksiyalarımız insanlar tərəfindən birmənalı qarşılanmır. Biz anlayırıq! Anlayırıq ki, həbsdə olan gənc dostlarımızın müdafiəsi məqsədi ilə yaradılan Gənclərin Hüquqlarını Müdafiə Komitəsində təmsil olunmağımız hakimiyyət qurumlari tərəfindən yaxşı qarşılanmır. Necə ki, maarifçilik hərəkatı ilə eyni dəyərləri paylaşmağımız üçün də mollaların xoşuna gəlmirik..

“Dalğa”çılar ağızlarını bağladılar

Iyunun 3çü Dalğaçılar ümumidünya İfadə Azadlığına dəstək aksiyasını keçiriblər.

Gənclərin Rəsulzadə sevgisinin acı aqibəti?

Polis «Dalğa» Gənclər Təşkilatının 2 üzvünü saxlayıb. Təşkilatdan hesab edirlər ki, buna gənclərin əyinlərindəki köynək səbəb olub. Təşkilatın həmtəsisçisi Ramin Hacılı: «Səbəb köynəkdir, Rəsulzadənin şəkli olan köynək. 2 gün əvvəl «Dalğa»nın ofisinə 9-cu polis bölməsinin əməkdaşları gəlib, bildiriblər ki, burda köynək satılır.

7.2.15

Dalğa GH 10 yaşını qeyd edəcək











12 fevral 2015-ci il Azərbaycan ictimai tarixində xüsusi yerə sahib Dalğa Gənclər Hərəkatının təsis edilməsinin 10 ili tamam olur.

Hər il yaranış gününü xüsusi qeyd etməklə mesajlarını təkrarlayan hərəkat bu il üçün xüsusi hazırlıq görüb. 12 fevral saat 18:00-da Mont İnn Hoteldə  “10 Yaşlı İstək” adlı party baş tutacaq.

28.1.15

C. S. Mill və “Azadlıq Haqqında” - Xəyyam Namazov

Yazı Con Stüart Millin dilimizə tərcümə edilmiş “Azadlıq Haqqında” əsərinə “Giriş” olaraq yazılmışdır. 
Təhsil, din, cəmiyyət, siyasət fəlsəfəsi, siyasi iqtisadiyyat, etika, epistomotologiya, metafizika və digər mövzularda yazdığı əsərləri ilə filosof, iqtisadçı, siyasi nəzəriyyəçi, siyasətçi, sosial liberal, romantik və bunun kimi bir çox statusları özündə daşıyan Con Stüart Mill 19-cu əsr İngiltərəsində yetişmiş ən böyük ziyalılardan biri hesab olunur. Başda ailəsi olmaqla, yaşadığı cəmiyyət və dövrün təsiri altında yaratdığı bir çox əsərlər siyasi elmlər, siyasi iqtisadiyyat, sosiologiya və fəlsəfə sahələrində ən çox oxunan və dünya fikir tarixində xüsusi yer tutan əsərlər sırasındadır.

24.11.14

Rafiq Tağı anıldı


Rafiq Tağının vəfatından 3 il ötdü
Noyabrın 23-ü yazıçı-publisist, həkim Rafiq Tağının vəfatından 3 il ötdü.  Bu münasibətlə yaxınları, dostları və Dalğa Gənclər Hərəkatının üzvləri yazıçının məzarını ziyarət etdilər. Yazıçını yad edənlər onun haqqında düşüncələrini bölüşərək, yazıçının Azərbaycan tarixindəki  yerindən danışdılar
Rafiq Tağının böyük qardaşı Alim Tağıyev söylədi ki,  yazıçın dəyəri müəyyən zaman keçdikdən sonra veriləcək: “Rafiq Tağı Azərbaycan millətinin sayılıb, seçilən oğullarından biridir. Onun dəyərini hələ indi vermək mümkün deyil. Deyir, o uca dağ yaxından görünməz. Zaman keçdikcə, Rafiq Tağının qiyməti bilinəcək”.
Şair Rasim Qaraca yazıçının gənclər üçün xüsusi nümunə olduğunu vurğuladı : “Rafiq Tağının təcrübəsi çox qiymətlidir. Gələcək nəsillərə örnəkdir. Burada dostlarımızın söylədiyi kimi, o, bir nümunədir ki, bu nümunəyə xüsusən, gənclərin çox böyük ehtiyacı var”.
Rafiq Tağının oxucusu Cəmşid  Rafiq Tağının qatillərinin qorxaq olduğunu dedi: "O qədər qorxaqdırlar ki, insana düşüncəsinə görə bıçaq vururlar. Mən insanın qarşısında baş əyirəm. Vicdanın qarşısında. Rafiq Tağı, sən vicdansan! Mən baş əyirəm sənin qarşında”.
Dalğa Gənclər Hərəkatının üzvü Ramin Hacılı isə  Rafiq Tağı ilə bağlı xatirəsini bölüşdü : “ Mənim çox ciddi təsirləndiyim bir an olmuşdu. Biz xəstəxanaya gedəndə,  həkim dedi ki, biz Rafiq Tağını əməliyyat masasına alanda, onu yumağa ehtiyac qalmadı. O qədər təmiz idi ki, birbaşa əməliyyat etdik. Bu, paklıq rəmzidir”.
Rafiq Tağının qardaşı İlqar Tağının söylədiyinə görə, o, qatilin tapılacağına inanır: “Cəhalət sevinməsin qoy. Qatil də tapılacaq. Qatil o cəhalətin görünən tərəfi idi. Əslində, cəhalət Azərbaycanda çox dərindədir. Amma Rafiq Tağının xətti davam edəcək. Mənə elə gəlir ki, Azərbaycanın işıqlı gələcəyi üçün Rafiq lazım idi. Rafiq missiya olaraq, Azərbaycanda doğuldu”.
Yazıçının qızı Qəmər Tağı  bildirdi ki, Rafiq Tağıya vurulan bıçaq zərbələri azad sözə vurulan zərbələrdir:
“Demək istəyirəm ki, Rafiq Tağıya vurulan  bıçaq zərbələri azad sözə vurulan zərbələrdir. Rafiq Tağı unudulmayacaq”.
 Rafiq Tağı 2011-ci il noyabrın 19-da naməlum şəxs tərəfindən hücuma məruz qalaraq  bıçaqlanıb. Yazıçı xəstəxanaya çatdırılıb, əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Rafiq Tağınının qatili hələ də tapılmayıb. 
İzolda Ağayeva/Meydan TV

21.11.14

"AŞMA" niyə ikinci dəfə çap edildi?

Tarix: 29 noyabr, saat 15:00-dan 17:00-dək.

Məkan: «Əli və Nino» –2 kitab mağazası.

Filosof Ağalar Məmmədovun ilk dəfə 2012-ci ilin dekabr ayında işıq üzü görən "AŞMA: fəlsəfi məqalələr və müsahibələr toplusu” ikinci dəfə çap edildi. "Qanun Nəşrlər Evi"nin çap etdiyi kitab ilk satış mərhələsini uğurla başa vurdu. Oxucuların marağını nəzərə alaraq, nəşriyyat kitabın genişləndirilmiş ikinci çapını gerçəkləşdirdi. Yeni kitabın tərtibatı və keyfiyyəti daha yüksək səviyyədə hazırlanıb.
Kitabda bütövlükdə 80-dən çox fəlsəfi məqalə və 4 müsahibə yer alıb. 

6.11.14

Ağalar Məmmədovun kitabı rekord oldu

Filosof Ağalar Məmmədovun ilk dəfə 2012-ci ilin dekabr ayında işıq üzü görən "AŞMA: fəlsəfi məqalələr və müsahibələr toplusu” ikinci dəfə çap edilib. 

Qaynar.info-nun verdiyi xəbərə görə, "Qanun Nəşrlər Evi"nin çap etdiyi kitab ilk satış mərhələsini uğurla başa vurub. Oxucuların marağını nəzərə alaraq, nəşriyyat kitabın genişləndirilmiş II çapını gerçəkləşdirib. Kitabın II nəşri, müəllifin I nəşrdə çap olunmayan 1 məqaləsi və 1 müsahibəsi də daxil edilərək genişləndirilib. Bu dəfə kitabın tərtibatı və keyfiyyəti daha yüksək səviyyədə hazırlanıb.
Kitabda bütövlükdə 80-dən çox fəlsəfi məqalə və 4 müsahibə yer alıb. Kitabda “Fəlsəfə işığında dil”, “Kulturo-etik yazılar”, “İslamın çadrasız üzü”, “Zaman, allah-insan, ölüm”, “Siyasi-ideoloji yazılar” kimi 10-dan çox əsas başlıq yer alıb.
"AŞMA: fəlsəfi məqalələr və müsahibələr toplusu” Dalğa Gənclər Hərəkatının (Dalğa GH) təşəbbüsü ilə çap edilib. Kitab məqtul (qətl edilmiş) yazıçı-pubilisist Rafiq Tağının xatirəsinə həsr olunub. Kitabda Dalğa GH-nın fəaliyyəti barədə də məlumat verilməklə yanaşı, Dalğa GH-nın həmtəsisçisi, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının ön sözü də Rafiq Tağı və müəllifin baxışları istiqamətindədir.
"Aşma"nın genişləndirilmiş II nəşrinin məhz "Aşura" günü çapdan çıxması hansısa mesajdan xəbər verirmi? Nələri aşmalıyıq? Müəllif oxucuları nəyə səsləyir? Aşuraya qarşı Aşma?! Buna “Aşma”nın gücü çatacaqmı? Bütün bu kimi suallara kitabı alıb oxuyanlar qərar verə biləcək...
“Aşma”nı şəhərimizin kitab mağazalarından əldə etmək olar.

4.5.14

Zahir Əzəmətin "Balaca adamı" oxucularla görüşdü

Mayın 4-də "Zero" Kitab Evində yazar Zahir Əzəmətin "Balaca adam" kitabının imza günü keçirilib. 

Təqdimat mərasimində müəllifin qələm dostları, oxucuları və KİV nümayəndələri iştirak ediblər. Təqdimat "Zero" Kitab Evi və "Dalğa" Gənclər Hərəkatının təşkilatçılığı ilə baş tutub.

Onlarla oxucunun iştirak etdiyi tədbirdə müəllif hər kəsə iştirakına görə təşəkkür etmiş və hər kəs üçün kitab imzalamışdır. 

"Balaca adam"da tanınmış yazar Zahir Əzəmətin 2006-2009-cu illərdə "Alma" qəzetində yayımlanan publisistik yazıları, esseləri toplanıb. Bu yazılarda qoyulan problemlər, toxunulan mövzular bu gün də aktualdır. 

"Qanun" Nəşrlər Evinin dəstəyi ilə çap olunan kitabın tərtibçisi Sevinc Çılğın, redaktoru Şəmşad Ağadır. 

20.3.14

Dalğa Gənclər Hərəkatının sədrindən bayram təbriki










Əziz həmvətənlər! Bu gün qədim mənşəyə sahib, əsrlər boyu xalqımızın qeyd etdiyi Novruz bayramıdır.

Novruz şərq təqviminə görə yeni ilin başlanğıcıdır. Baharın gəlişini, təbiətin canlanmasını göstərir. Həm də şərq mifologiyasına görə bir əzmkarlıq, cəsarət bayramıdır.

15.3.14

Dalğa Gənclər Hərəkatı "Qanun"a dəstək oldu

Martın 15-də «Dalğa» Gənclər Hərəkatı «Qanun» nəşriyyatına dəstək flaşmobu keçirib.

Gənclər aksiyanı Vergilər Nazirliyinin önündə planlaşdırsalar da, polis buna imkanı verməyib.

Fəallar nazirliyin qarşısındakı Hüseyn Cavid parkında kütləvi kitab oxumaqla nəşriyyata öz həmrəyliklərini bildiriblər.

Hərəkat sədri Hacı Zeynallı:

«Biz belə bir flaşmob keçirməklə nəşriyyatın müdafiəsinə qalxdıq. Kitabı sıxışdıranlara qarşı çıxdıq, parkda kütləvi kitab oxuduq. Kitabın bir bəşəri dəyər olduğunu səsləndirdik».

Daha sonra hərəkat üzvləri «Qanun» nəşriyyatına yollanıblar.

Vergi yoxlamaları nəticəsində 150 min manat cərimə edilən «Qanun» nəşriyyatına qarşı Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində cinayət işi başlanıb.








11.3.14

Dalğa "Qanun"a dəstək üçün vətəndaş cəmiyyətinə səsələndi

Dalğa Gənclər Hərəkatının təşkilatçılığı ilə "Demokratiya məktəbi" layihəsi çərçivəsində "Azərbaycan kitabı bu gün- " Qanun " nəşriyyatı mövzusunda tədbir keçirilib. Nəşriyyatın üzləşdiyi problemlər və kitab sektorundakı son durum müzakirə olunub.

9.2.14

Dalğaçılar: “Biz Uqanda vətəndaşıyıq”

Fevral ayının 4-ü Dalğa Gənclər Hərəkatının üzvləri Gənclər və İdman Nazirliyi qarşısında flaş-mob keçiriblər. Əllərində “Biz Uqanda vətəndaşıyıq”, “Biz Cibuti vətəndaşıyıq” və s. yazılmış bayraqları tutaraq ölkədə fərqli düşünən gənclərə olan diskriminasiya, ögey münasibətə, hər cür ayrıseçkiliyə qarşı etiraz ediblər. 

5.2.14

Hacı Zeynallı: "Sistem gənci güclülərdən asılı hala salır"

2 fevral Azərbaycanda gənclər günü kimi qeyd olunur. Qaynar.info gənclər günündə Dalğa Gənclər Hərəkatının sədri Hacı Zeynallıdan aldığı müsahibəni təqdim edir.
"Gərək dövlətimiz gənclər arasında fərq qoymasın."
- Təqribən 1 aya yaxındır ki, Dalğa Gənclər Hərəkatının sədri seçilmisən. Bir çoxları Dalğanın fəaliyyətində durğunluq yaşandığını iddia edir. Bununla razısanmı? Əgər razısansa, bu durğunluğu aradan qaldırmaq üçün hansı işləri planlaşdırırsan? 
- 1 aydır ki, Dalğa Gənclər Hərəkatının (Dalğa GH) sədriyəm. Seçkilərə qatılmazdan əvvəl  platforma hazırlamışdım. Hazırda orda qeyd olunan bəndlər üzərində və digər tərəfdən dalğaçıların ideyaları, bu gün üçün aktual olan məsələr üzərində işləyirik. Bunların paralelində əvvəl fəaliyyət göstərmiş bir sıra layihələrin, klubların bərbası üzərində çalışırıq. Xüsusilə də, “Alma” qəzetinin yenidən meydana gəlməsi yolunda işləri davam edirəm.  Həmçinin hər həftə “Demokratiya Məktəbi”nin dərsləri təşkil edilir və bu məktəbin genişlənməsi yolunda işlər görülür. Bu günə qədərki fəaliyyətimizdə olan durğunluqdan sürətli çıxış var, səbəb də Dalğa GH-nın dönüşüdü. Çünki gənclər sektorunda baş verən sakitlikdə yalnız hərəkatımızın adına və gördüyü işlərə şahid olduq. Bundan sonra da bizi daha çox görünəcəyik.
- Sabah ölkədə gənclər günü qeyd olunacaq. Dövlətin gənclər siyasətini necə dəyərləndirirsən? 
- İlk öncə, Gənclər Günü münasibətilə bütün gəncləri, eləcə də dalğaçı dostlarımı təbrik edirəm. Biz, Dalğa Gənclər Hərəkatı olaraq ən önəmli  məsələ olan təhsilin üzərində dayanmışıq. Ölkə gəncliyinə münasibət təhsil səviyyəsinə olan münasibətlə ekvivalent təşkil edir. Səviyyənin aşağı olması bütöv bir gəncliyin də axsamasına gətirib çıxarır. Gənc komfortu sevir, insanın düşdüyü mühitin fəaliyyətinə təsiri böyükdür. Universitetlərdəki təhsil, tələbələr üçün yaradılan şərait çox aşağıdır, Azərbaycan gəncinə, tələbəsinə, ümumilikdə ölkə vətəndaşına layiq deyil. Düşünürəm ki, hazırda ən çox qayğı və diqqətin ayrıldığı sahələrdən biri idmandır. Lakin bununla yanaşı bizə sağlam bədəndə sağlam beyinlər lazımdır. Çox gülməli vəziyyətdir ki, illərdir bu ölkə dünyaya beyin kapitalı ixrac eləmir.  Onun üçün təhsil səviyyəsinin yaxşılaşdırılması, beynəlxalq standartların tətbiqi, digər yandan gənclərin xaricdə təhsil almasına imkanların genişləndirilməsi lazımdır. Bununla yanaşı tələbə və gənclərlə mütəmadi dialoqlar aparılmalı, bir masa ətrafında bu məsələlər müzakirə olunmalıdır. Mən özüm beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıram. Sabahın diplomatıyam və təbii ki, istənilən məsələdə bu gün "qordi düyünü"nü açmaq intellektual, təhsilli gənclərdən çox  asılıdır. Bunun üçün də yuxarıda sadaladıqlarım mütləq vacibdir.  Digər bir tərəfdən isə vətəndaş cəmiyyətinin inkişafına yönəlik maneələr də gənclərə olan münasibətin aşağı olmasından xəbər verir. Burada gənclər deyəndə daha çox fərqli  düşünən gənclərə olan münasibəti nəzərdə tuturam. Bizim də əsas məqsədimiz demokratiyanın fundamental dəyərlərini özündə ehtiva edən vətəndaş cəmiyyətinin qurulması uğrunda mübarizədir. Ölkəni boz çalarların əsarətindən çıxarmağa çalışan rəngli insanlar bu ölkədə layiqi qiymətlərini almırlar. Ögey münasibət çox aydın sezilir.
- Ölkə gənclərinin ən böyük problemləri hansılardır və Dalğa GH bunların həlli istiqamətində hansı fəaliyyətləri həyata keçirməyi düşünür? 
- “Azərbaycan gənci” anlayışı “problemli gənc” statusu ilə sinonimdir. Ölkə gəncləri problemlər girdabında yaşayır. Deyərdim ki, yaşamaq uğrunda mübarizə, təbii seçmə mərhələsi bizlər üçün çox çətindir. Sistem gənci özündən güclülərdən asılı hala salır. Digər bir tərəfdən isə bu asılılıq gəncin normal, azad fərd kimi yetişməsinə mane olur. Standartlığın, monotonluğun əsirinə çevirir. Qayəsi absurdluqdan təşkil olunmuş mental dəyərlərin insan həyatını monopoliyaya alması da bu çətinliklərə əlavə və deyərdim ki, ən ciddi yükdür. Amma biz gəncləri inadlı, yaradıcı olmağa çağırırıq. Mən hərəkatımızdakı seçki zamanı belə bir ifadə işlətmişdim: “Çox adam deyir ki, Şekspir olmasa idi, ingilis ədəbiyyatı buz bağlayardı. Dalğa GH da olmasa idi, bu cəmiyyət buz bağlayardı”. Bu gün Dalğa GH-nın olması bu problemlərin həlli uğrundan mübarizə aparan kəsimin olmasından xəbər verir. Biz yenə də gənclərin problemlərini gündəmdə saxlayacayıq, ictimai şüurun inkişafı yönündə fəaliyyət, aydınlatma missiyasını  gücləndirərək davam edəcəyik. Hədəflərimiz uğrunda döyüşəcəyik. Qoymarıq ki, cəmiyyət boz rəngin əsirində qalsın.
- İntiharların qarşısını almaq məqsədi ilə kampaniyaya başladığınızı bəyan etmişdiz. Hazırda kampaniya ilə bağlı durum necədir? 
- İntiharların günü-gündən artması mövcud problemlərin həlli üçün fəaliyyət dairəsinin genişləndirilməsini tələb edir. Biz bu yaxınlarda intihar məsələsini ictimailəşdirmək üçün flaş-mob və tədbirlər keçirmişik. İnsanlarımızı inad etməyə dəvət eləmişk və çıxış yolunun özünəqəsddə olmadığını aşılamağa çalışmışıq. Biz sahiblənməni qarşımıza məqsəd qoymuşuqsa, bu məqsədə sadiq qalmaq naminə işlərimizi də davam edəyəcəyik. İntihar sayının çoxalması qorxusu, özünəqəsd hallarının adiləşməsi və bu yönümdə ciddi fəaliyyətin olmaması səbəbindən yeni bir kampaniyaya başlamışıq. İnsanların intihar həddinə çatdırılması ilə bağlı qanunvericiliyin sərtləşməsi ilə bağlı hökumət qarşısında məsələ qaldıracağıq. Digər tərəfdən isə insanlara təmənnasız psixoloji yardım mərkəzi yaradacağıq. Təşkilatlanma mərhələsindəyik. Hazırda bununla bağlı danışıqlar gedir. Yaxın günlərdə hazırlıq işləri başa çatacaq və cəmiyyət yaratdıqlarımızı görəcək.
- Dalğa GH hər ili hansısa mövzuya aid il elan edir. 2014-cü ili nə ili elan etməyi düşünürsüz? 
Bu ili “M. Ə. Rəsuzladə ili” eləməyi düşünürük. Ölkə başçısı 22 noyabr 2013-cü ildə Azərbaycan Demokratik Respublikasının banisi, görkəmli ictimai-siyasi xadim Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdı. Ancaq imzalandığı iki gün öncəyəə, yəni 130 yaşı olduğu günə qədər elə də ciddi bir tədbirin keçirildiyinin şahidi olmamışıq. Bundan sonra nələrinsə olması sual altındadır. Sərəncamın icrasına laqeyd və soyuq münasibət göstərilir. Düşünürük ki, hazırki vəziyyətdə bu il ərzində elə də ciddi addımlar atılmayacaq. Ümumulikdə isə həmin şəxsə göstərilən bu münasibət tariximizin şanlı səhifəsinə göstərilən münasibət kimi dəyərləndiririk. Məsələni gündəmdə saxlamaq üçün bu il çərçivəsində  bir sıra tədbirlərin keçirilməsini nəzərdə tuturuq.
- Gənclər günü ilə bağlı hansı planlarınız var? Hər hansı rəsmi tədbirə dəvət almısızmı? 
- Dalğa GH-da əsasən üzvlər tələbələrdi və bu səbəbdən imtahanlar təzəlikcə bitdiyinə görə bu günü xüsusi qeyd eləməyi planlaşdıra bilməmişik. Gənclər günündə gəncə ən önəmli hədiyyə onun kəsirsiz növbəti sessiyaya daxil olmasıdır (gülür). Digər suala gəldikdə isə, heç bir tədbirə dəvət almamışıq. Dediyim kimi, bu ölkədə fərqli gəncliyə münasibət göz önündədir. Gərək dövlətimiz gənclər arasında fərq qoymasın. 
Pərviz
Qaynar.info

26.1.14

Dalğaçılar "intihar" etdi

 ... Gənclərdən ikisi özünü ipdən asır, biri dərman içir, digəri damarını kəsir. Qalanları da əllərində «İntihar etmə, inad et», «Bu tamaşa deyil, gerçəklidir» plakatları qaldırıb.  
Yanvarın 19-da Dalğa Gənclər Hərəkatının bir qrup üzvü Opera və Balet Teatrının qarşısında intiharlar əleyhinə flaş-mob keçirib.

Hərəkatın rəhbəri Hacı Zeynallı deyib ki,

24.1.14

İntiharla bağlı kampaniya başladı

                             Dalğa Gənclər Hərəkatı mərkəz yaradır. 

2014-cü ilin ilk 23 günü ərzində mətbuata məlum olan 21 intihar hadisəsi qeydə alınıb. Bu, Azərbaycanımızda gərginliyin və insanların özünü probleminin kuliminasiya nöqtəsinə çatmasının sübutudur. Biz, Dalğa Gənclər Hərəkatı (Dalğa GH) olaraq mövcud problemi ictimailəşdirmək üçün fləş-mob və kampaniyalar keçirdik. Lakin intiharın günü-gündən artması mövcud problemin həlli üçün fəaliyyətin genişləndirilməsini vacib edir. Bütün bunlarla yanaşı Azərbaycanda fəaliyyət göstərən Azad LGBT Təşkilatının rəhbəri İsa Şahmarlının intihar etməsi cəmiyyətdə böyük sarsıntı yaratdı.İntiharların sayının artması qorxusu,özünə qəsd hallarının adiləşməsi və bu istiqamətdə hər hansı bir ciddi addımların atılmaması səbəbindən Dalğa GH təşəbbüslə çıxış edir :

1.Dalga GH-nın nəznində insanlara təmannasız pisxoloji yardım göstərəcək Mərkəz yaradılır.

2. İnsanları intihar həddinə çatdırılması ilə bağlı mövcud qanun vericiliyin daha da sərtləşdirilməsi ilə bağlı hökumət qarşısında məsələ qaldırılacaq. 

3. Azərbaycanda fəaliyyət göstərən Vətəndaş Cəmiyyəti İnstitutlarını cəlb edərək "Yaşa ki , yaradasan!" kampaniyasına başlanılacaq.

 Dalğa GH hər bir vətəndaşı Azərbaycan Respublikasının konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş "... İnsan və Vətəndaş hüquqlarını ,azadlıqlarını ,irqi ,milli ,dini ,dil ,cinsi ,mənşəyi ,əqidə ,siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır." hörmətlə yanaşmağa çağırır.

15.1.14

Dalğaçılar "cin" çıxardı - Video

Artıq bir neçə gündür ölkə gündəminin bir hissəsi olan "cin çıxarma" məsələsi ilə bağlı müzakirələr artmaqda davam edir.

Qaynar.info xəbər verir ki, məsələ ilə bağlı etiraz və ironiyalı materiallar hazırlanıb. Belə materiallardan biri də Dalğa Gənclər Hərəkatı və Sancaq Production tərəfindən hazırlanıb.

13.1.14

Dalğa Gənclər Hərəkatı yazı müsabiqəsi ELAN edir



12 fevral 2014-cü ildə Dalğa Gənclər Hərəkatının yaranmasının 9 ili tamam olur. Bu münasibətlə hərəkat yazı müsabiqəsi elan edir. Bugünə qədər Dalğa GH-nın fəaliyyətində iştrak edən və ya faydalanan insanların qatıldığı müsabiqə 13 yanvar tarixindən 20 fevral tarixinədək davam edəcək. Müsabiqə iştrakçıları arasından seçilmiş ən yaxşı üç yerin müəllifinin məqaləsi isə hərakatın kitabına əlavə olunacaq.

25.12.13

“Dalğa” Gənclər Fondunu razılaşmaya çağırdı - BƏYANAT

"Son günlər jurnalist Pərviz Əzimovla Azərbaycan Respubilikası Prezidenti Yanında Gənclər Fondu arasında yaranmış və cəmiyyətin müzakirəsinə səbəb olan senzura qalmaqalı Azərbaycanımızın demokratikləşməsi uğrunda çalışan qurum kimi bizi narahat edir.

Dalğa Gənclər Hərəkatı (Dalğa GH) olaraq bu məsələnin dəyərlər və ölkəmizin seçmiş olduğu inkişaf modelinə,

22.12.13

"Dalğa Qayıdır" şüarıyla Hacı Zeynallı Dalğa Gənclər Hərəkatının sədri seçildi

Dekabr ayının 21-də Park İnn otelində Dalğa Gənclər Hərəkatının VII (VIII) Qurultayı keçirildi. 

Etatist.com Qurultaydan geniş reportaj hazırlayıb:

Aparıcı qismində çıxış edən Dalğa Gənclər Hərəkatının (Dalğa GH) üzvü Nülufər Kapançı tədbirə gələnləri salamlayaraq hərəkatın Qurultayını açıq elan etdi. O ilk sözü Dalğa Gənclər Hərəkatının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Fəzilət Səmədsoya verildi. Fəzilət Səmədsoy Qurultay hazırlıq işləri barədə və prosedur qaydalarını izah etdikdən sonra

14.3.13

Dalğa Gənclər Hərəkatının sədri istefa verdi



Dalğa Gənclər Hərəkatının Nizamnaməsinin 4.4.5. bəndinə əsasən (4.4.5. Sədr Qurultaya bir ay qalmış vəzifəsindən istefa verir) Dalğa Gənclər Hərəkatının sədri Saleh Mehdizadə vəzifəsindən istefa verib.

Prosedur qaydalara əsasən yaxın 1 ay ərzində Dalğa Gənclər Hərəkatının Qurultayı keçiriləcək. Bununla bağlı olaraq 17 mart 2013-cü ildə Dalğa Gənclər Hərəkatının Geniş Toplantısı keçiriləcək. Geniş Toplantı zamanı Saleh Mehdizadə hərəkat rəhbərlik etdiyi dövrlə bağlı hesabatı dinlənəck, hərəkat daxilində Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılacaq və növbəti qurultayın keçiriləcəyi tarix açıqlanacaq.

2 hissədən ibarət olacaq Qurultayın birinci hissəsində Dalğa Gənclər Hərəkatının yeni sədri və hərəkatın layihəsi olan “Demokratiya məktəbi”nin yeni direktoru seçiləcək. Qurultayın 2-ci hissəsində isə növbəti 1 il ərzində Dalğa GH-nin İdarə  Heyətində təmsil olunacaq şəxslər müəyyənləşəcək.

Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi Qurultayın keçiriləcəyi tarixə 24 saat qalmış müddətə qədər hərəkatın sədrliyinə namizəd olacaq şəxsləri (birinci müavinləri ilə birlikdə) və “Demokratiya məktəbi”nin direktorluğuna namizəd olacaq şəxsləri qeydiyyata alacaq və onların bərabər təbliğatı üçün şərait yaradacaq. Qurultaya 7 gün qalmış həmin vaxta qədər namizədliyini irəli sürən şəxslərin ictimaiyyət üçün açıq debatı keçiriləcək.

Qeyd edək ki, ötən ilin mart ayında keçirilən Qurultay zamanı Xanım Yadigarlı Dalğa Gənclər Hərəkatının sədri seçilmişdi. 2012-ci ilin 31 iyul tarixində o səhhətində yaranan problemlərə görə vəzifəsindən istefa vermişdi və geniş toplantı zamanı Saleh Mehdizadə Dalğa Gənclər Hərəkatının sədr əvəzi seçilmişdi.


21.11.12

Erməniləri Azərbaycan “Dalğa”sı vurdu


Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən ən böyük proqramlardan olan və bütün Avropa gənclərini əhatə edən “Youth in Action” (gənclər hərəkətdə) proqramı çərçivəsində bu ay İsveçrədə tədbir keçirilib.
 “Davamlı inkişaf” mövzusunda keçirilən tədbirdə Azərbaycanı Dalğa Gənclər Hərəkatının sədr müavini Həmidə Qiyasbəyli təmsil edib.
Tədbirə Dağlıq Qarabağ ermənilərinin də müstəqil tərəfdaş kimi dəvət olunması Azərbaycan təmsilçisinin etirazına səbəb olub. Bu barədə açıqlama verən Həmidə Qiyasbəyli deyir: “Proqram çərçivəsində Dağlıq Qarabağdan 1, Ermənistan Respublikasından isə 2 gənc iştirak edirdi. Mən təəssüf edirəm ki, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları bu kimi proqramlara maraq göstərmir. Bütün günü çayxanalarda və forumlarda qəhramanlıq şousu göstərən ura-patriotlar bu kimi tədbirlərdə iştirak edib mövqeyimizi sivil şəkildə müdafiə etmədikləri üçün Azərbaycanın maraqları kifayət qədər qorunmur. Mən öz üzərimə düşən məsuliyyəti dərk edirdim və proqramın növbəti tədbirlərdən birinin Azərbaycanda keçirilməsini, Azərbaycanın Dağlıq Qarabağ İcmasının da həmin tədbirdə iştirak etməsini təklif etdim. Uzun sürən müzakirələrdən sonra Dağlaq Qarabağın müstəqil tərəfdaş kimi tanınmasına son verildi. Buna şiddətlə qarşı çıxan və irqçi şüarlar səsləndirən Ermənistan Respublikasının təmsilçiləri ilə də proqram rəhbərləri arasında mübahisə yarandığından Ermənistandan gələn nümayəndələr proqramdan xaric edildi”.
Qeyd edək ki, Həmidə Qiyasbəyli həm də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində həyata keçirilən bir çox layihələrdə yer alır. Həmidə xanım təəssüflə bildirdi ki, birlik və həmrəyliyi, o cümlədən hüquq və elmi özünə dəyər seçən bir proqramda Ermənistan tərəfinin irqçi bəyanatlarla çıxış etməsi heç də xoşagələn hal deyil: “Sülhün bərqərar olunması üçün hüquqa və Avropanın da qəbul etdiyi sərhədlərə hörmətlə yanaşılmalıdır. Nə qədər ki, istər Azərbaycandan, istər Ermənistandan hüquqa zidd aktlar həyata keçiriləcək və irqçilik qabardılacaq, biz Avropa ailəsində öz yerimizi tapa bilməyəcəyik”.
Sonda bildirək ki, “Youth in Action” proqarmı çərçivəsində yaxın zamanlarda Bakıda tədbirin keçirilməsi və Dalğa Gənclər Hərəkatının tədbirin təşkilatçısı olması qərara alınıb.

20.11.12

Dalğa Gənclər Hərəkatı ictimaiyyətə müraciət etdi


Rafiq Tağının əziz xatirəsini əbədiləşdirmək məqəsdi ilə bir həftə boyunca (20-27 noyabr) hər kəsi üzvü olduğu sosial şəbəkələrdəki profil şəklinə Rafiq Tağının şəklini qoymağa dəvət edirik.
23 noyabr saat 11:00-da Rafiq Tağının məzarı ziyarət olunacaq. Xatırladaq ki, Rafiq Tağı Qurd Qapısı məzarlığında dəfn olunub.   
Bütün Azərbaycan ictimaiyyətinə müraciət edərək, hər kəsi Rafiq Tağının məzarının ziyarət olunmasına dəvət edirik.

Ziyarətdə iştirak etmək istəyənlər saat 11:00-da Elmlər Akademiyası metrostansiyasının girişində toplaşacaqlar.


Hörmətlə,
Dalğa Gənclər Hərəkatın 
İdarə Heyyəti